Ana
Mikayıl Müşfiq
Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş
hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ana, ana!.. Bu kəlmənin
vurğunuyam əzəldən,
Onu gözəl anlatmaz düşündüyüm satırlar;
Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
Başqa
aləm yaşamadım
böylə gözəl
biçimdə,
Onu kimsə gözəlliyin cilvəsində yaratmış
Ana, anaE çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə
boy atmış.
O fidanı bəzi vaqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət
onda varlığım,
Sızıldarkən, sanki bir səs qopub
incə və titrək,
Bir lisanla söyliyor ki: - Mənə dəymə, yazığam!
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki, var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı,
Baban kimi soyuq əllər
qucağına çəkərkən
Yalnız acı fəğanların
titrədirdi hər yanı.
İndi
mənə hər kəs: - Anan, baban varmı? - söyləsə,
Diyorom ki, qapılmadan bir xülyaya, bir hissə.
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan -
Bir müqəddəs,
bir səmimi əməlim var, tapdığım.
İnandığım bir qiblə var, o da hər gün,
hər zaman
Yorulmayan
qollarımla, düşünərək
yapdığım,
Bir aləmdir, bir aləm ki, səmaları
qıpqızıl,
Yüksəkləri, alçaqları,
fəzaları qıpqızıl!
Azərbaycan.- 2012.- 8 mart.- S. 7.