"Gəncə
dünya səviyyəli şəhərə
çevrilir"
Prezident İlham Əliyev bu
sözləri son bir
ildə şəhərdə görülən işlərlə
tanış olandan sonra
dedi
Mən Gəncədə tez-tez oluramE və
görürəm ki, doğrudan
da, çox böyük və çox
dəyərli işlər görülür.
Şəhər gözəlləşir, abadlaşır, binalar təmir edilir. Yeni parklar salınır, yeni ictimai yerlər
yaradılır.
İlham ƏLİYEV
2011-ci il Gəncə üçün genişmiqyaslı abadlıq-quruculuq, sürətli iqtisadi tərəqqi, hər sahədə sosial mühitin saflaşması, ən başlıcası isə Prezident İlham Əliyevin bu yerlərə növbəti səfəri ilə əlamətdar olmuşdur. İl ərzində 470,4 milyon manatlıq ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkinə nisbətən 40,1 faiz çoxdur. Dövlət sektoru ilə yanaşı sahibkarlıq sürətlə inkişaf edir, buraxılan məhsulun 58,8 faizi qeyri-dövlət bölməsinin payına düşür. Şəhər büdcəsinin yerli gəlirləri 43,1 faiz artıb. İqtisadiyyatda çalışanların əməkhaqqı 245,5 manata çatıb. Abadlıq və quruculuq sahəsində görülən işlərin isə misli bərabəri yoxdur. Şəhər başdan-başa yenidən qurulur. Elə buna görə də dövlət başçısı İlham Əliyev dedi ki, "Gəncə qədim simasını saxlamaqla yeni, müasir yanaşma ilə daha da gözəlləşir. Belə getsə, Gəncə ən gözəl şəhər olacaqdır və olmalıdır".
Bu barədə ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər toplantısında geniş danışıldı. Əvvəlcə son bir ilin uğurları əks olunan videoçarx nümayiş etdirildi. Sonra şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin məruzəsi dinlənildi. Şəhərdə ötən il görülən işlər ətraflı təhlil edildi və cari ildə qarşıda duran konkret vəzifələr müəyyənləşdi. Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, general mayor Rasim Musayev, deputatlar Asəf Hacıyev, Musa Quliyev, professor Həsənbala Sadıqov, şəhid anası Qeysun Babayeva, müəllimə Tünzalə Bağırova, şəhər sakini Əsgər Məmmədov və başqaları çıxış edərək il ərzində görülən böyük quruculuq işlərindən danışdılar.
Yüksək fəallıq və işgüzarlıq şəraitində keçən toplantıda minnətdarlıqla qeyd olundu ki, İlham Əliyevin Gəncə və gəncəlilərə olan tükənməz qayğısı və diqqəti sayəsində bu qədim şəhər gündən-günə inkişaf edir, müasirləşir. Fəaliyyəti dayanmış müəssisələr bərpa edilir. Ölkə səviyyəli sənaye obyektləri işə salınır. Nəticədə şəhərin iqtisadiyyatı yüksəlir, gəlir, qazanc artır. Bu il yanvar ayının 17-də Prezident İlham Əliyevin xeyir-duası ilə istehsal gücü ildə yüz min ton olan Gəncə alüminium kompleksinin birinci növbəsi istifadəyə verilmişdir. Hələ 2008-ci ilin martın 3-də dövlət başçısı demişdir: "Biz Gəncə alüminium zavodunun timsalında Azərbaycanın sənaye potensialının inkişafını görürük".
Həqiqətən də, belədir. "DET AL" kompleksi çox böyük, çox mühüm müəssisədir. Ərazisi 74 hektardır. Burada ümumi sahəsi 57 min kvadratmetr olan bir sıra mühüm obyektlər tikilmiş, çoxlu iş yeri açılmışdır.
Bu yaxınlarda illik istehsal gücü 850 min ton olan yeni "DRI" zavodunun və istehsal gücü 750 min ton olan yeni polad zavodunun inşasına başlanılacaq. Gələn il isə yeni polad zavodu istifadəyə veriləcək. Beləliklə, 2012-2016-cı illərdə həyata keçiriləcək layihələrə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaqdır.
Ötən ilin sentyabr ayında qaz və sutənzimləyici qurğular istehsal edən Gəncə cihazqayırma zavodu fəaliyyətə başlamışdır. Digər müəssisələrdə də müasir avadanlıq tətbiq edilib, təzə istehsal sahələri yaradılıb. İl ərzində şəhər iqtisadiyyatının inkişafına, ayrı-ayrı müəssisə və təşkilatlar tərəfindən 174,1 milyon manat investisiya yönəldilib. Bu, ötən illə müqayisədə 2,5 dəfə çoxdur. Bütün bunlara görə şəhərdə sənaye məhsulunun həcmi 14,7 faiz yüksəlib.
Toplantıda qeyd olundu ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın tələbləri hər sahədə uğurla yerinə yetirilir. Gəncə nəhəng tikinti meydanına bənzəyir, sürətlə inkişaf edir, müasirləşir və gözəlləşir.
Şəhərdə bir sıra qlobal
problemlər kompleks surətdə həll olunur. İşlərin sistemli
surətdə, müasir
şəhərsalma tələblərinə
uyğun təşkili
məqsədilə "Azərdövlətlayihə"nin əməkdaşları
yerli mütəxəssislərin
iştirakı ilə
şəhərin baş
planını hazırlayıblar.
Həmin
plana əsasən
2030-cu ilə kimi şəhərin ərazisi
inkişaf perspektivlərinə
uyğun olaraq iki dəfə artaraq 17 min hektarı əhatə edəcəkdir.
Yeni planda təzə məhəllələr, çoxmərtəbəli
binalar, küçələr,
yollar, keçidlər
və körpülərlə
yanaşı, ağır
sənaye obyektlərinin,
yeni toxuculuq və quşçuluq müəssisələrinin, habelə
təhsil, səhiyyə,
turizm, incəsənət,
mədəniyyət ocaqlarının,
bir sıra istirahət zonalarının
təzə "ünvanları"
göstərilir. Baş planda
ekoloji tədbirlərin
həyata keçirilməsi,
yaşıllıqların, istirahət guşələrinin
artırılması da
geniş yer almışdır. Şəhərdə mövcud olan 145 hektar yaşıllıq sahəsi 2251 hektara çatdırılacaq, Gəncə
çayının sağ
və sol sahilləri boyunca park-bulvar zonası yaradılacaq.
Ən əsası budur ki, baş planda
milli memarlığın
qədim üslubu ilə yanaşı, müasir şəhərsalmanın
son nailiyyətləri səriştəli
surətdə əlaqələndirilib.
Uzun illər
Gəncə şəhərinin
su təchizatı müşkül problem olaraq
qalırdı. Son vaxtlarda
ikinci dövlət proqramı çərçivəsində
bu məsələyə
yenidən baxılıb.
Hazırda yeni layihə
mərhələli şəkildə
həyata keçirilir.
İşlər başa
çatanda şəhərə
üç istiqamətdən
- Göygöl, Qızılqaya
və Şəmkirçaydan
saniyədə 1500 litrə
yaxın su daxil olacaqdır ki, bu da
əhalinin gecə-gündüz
içməli su ilə təmin edilməsi deməkdir.
Gəncə həyatın hər sahəsi üzrə sürətlə inkişaf
edir. Hər tərəfi bürüyən
mühəndis qurğuları,
kommunikasiya sistemi başdan-başa təzələnir,
qaz və su boruları, telefon-rabitə xətləri
yerin altına keçirilir. Şəhərin mərkəzində və
digər küçələrində
53 kilometrdən çox
qaz xətti yer altına salınaraq polietilen borularla əvəz edilib, Hacıkənd qəsəbəsinin qazlaşdırılması
da başa çatdırılıb.
Ümumi uzunluğu 360 kilometr olan yüksək gərginlikli hava elektrik xətləri yeraltı kabellə əvəz olunub. Gəncə
paylayıcı elektrik
şəbəkəsi tərəfindən
il ərzində, 152 ədəd yarımstansiya
və transformator məntəqələrinin binaları,
yararsız hava xətləri, 25 transformator
məntəqəsi, 29 ədəd
transformator əsaslı
təmir olunub. Heydər Əliyev, Atatürk prospektlərində,
Nizami, Əziz Əliyev, Z.Hacıyev, Təbriz, Bağbanlar və digər küçələrdə müasir
işıq dayaqları
quraşdırılıb, 60,9 kilometr uzunluğunda
"SİP" markalı kabel
xətti, istismara yararsız qaz tənzimləyici şkaflar
yeniləri ilə əvəz edilib.
Toplantıda çıxış edən
ziyalılar və şəhər sakinləri
yerlərdə görülən
abadlıq və quruculuq işlərindən
ürək dolusu danışdılar. Şəhərin elə bir guşəsi yoxdur ki, son bir ildə
ora əl dəyməmiş olsun.
Ən
"ucqar" guşələrdə
belə, sistemli surətdə yollar, səkilər, bağlar, parklar bərpa olunur. Binaların fasadları milli
ornamentlərlə bəzədilir,
dam örtükləri təzələnir.
İl ərzində
200-ə yaxın binanın dam örtüyü
mansard formasında yenidən
qurulub, 80-nə yaxın
binanın fasadı aqlayla üzlənib.
Ən xarakterik
cəhət budur ki, Gəncənin memarlıq ansamblına şəhərin qədimiliyini
nəzərə çarpdıran
monumentalizm ünsürləri
əlavə edilir. Burada cazibədar
Şərq memarlığı
şəhərsalmanın müasir
Avropa üslubuna qovuşur.
Uğurlu xan sarayında, Alban məbədində, Zərrabi
teatrında əsaslı
təmir işləri
aparıldı. Nərimanov və Fikrət
Əmirov parkları yenidən quruldu. Mir Cəlal Paşayevin və İsrafil Məmmədovun ev
muzeylərində, Ozan
və Şərəfxanlı
məscidlərində, dövlət
kamera teatrının binasında, uşaq evində, uşaq musiqi məktəbində,
bir sıra tədris-təhsil müəssisələrində,
müalicə ocaqlarında
bərpa işləri
aparıldı. Bütün şəhər
boyu primitiv tikililər, qanunsuz köşklər, artırmalar
söküldü, yerində
müasir obyektlər tikildi.
Şəhər icra hakimiyyəti binasının yanında
50 metr, Gəncə çayının sağ
sahilindəki Bayraq meydanında 110 metr hündürlüyündə üçrəngli
bayrağımız ucaldıldı. Geniş sahəni
əhatə edən Bayraq meydanı Gəncənin əsl ziyarət mərkəzinə
çevrilib. Açıq səma altında "Bayraq muzeyi" yaradılıb. Yaraşıqlı postamentin üzərində
dövlət gerbi, himni və Azərbaycanın
xəritəsi həkk
olunub, ətrafda genişmiqyaslı abadlıq
və yaşıllaşdırma
işləri aparılıb.
İndi göz işlədikcə
uzanan geniş sahə mənalı istirahət mərkəzinə
çevrilib.
Gəncə çayının sol sahilindəki "Xəmsə"
abidə kompleksi isə yenidən qurularaq
orada Nizami Gəncəvinin 11 metr hündürlüyündə heykəli
ucaldılıb.
Toplantıda qeyd olundu ki, Nizami Gəncəvinin 870 illik yubileyi əsl el bayramıdır. Qədim Gəncə ulu Nizaminin ad-sanı ilə bütün dünyada tanınır. Şəhərdə ölməz söz ustadına tükənməz qayğı və ehtiram duyulur. "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamının icrası ilə əlaqədar olaraq şəhərdə çox böyük işlər görülür. İşlərin əzəmətinə görə son bir ili "Nizami ili" adlandırmaq mümkündür. Məqbərənin ətrafında 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənib, dörd hovuz, iki şəlalə və fəvvarə inşa edilib, beş buta qranitlə üzlənib, süni göl və körpü təmir olunub. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da milli ornamentlərlə yenidən qurulub. Burada on bir hektar ərazidə yaşıllıq zolaqları salınıb, on minlərlə dekorativ ağac və gül kolu əkilib.
Ötən ilin aprelində Nizaminin yubiley tədbirləri sisteminə daxil olan daha bir obyektin - "Qala" kompleksinin inşasına başlanılıb. Bu yaraşıqlı kompleks şəhərin girişində, Bakı-Gəncə magistral yolunun hər iki tərəfində tikilir. Yolun sağı və solu genişləndirilərək 22 metrə çatdırılıb. Qala divarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Gəncə qapıları isə xüsusi layihə ilə inşa olunur. Qapıların eni 5, hündürlüyü 7 metrdir. Qalanın yuxarı hissəsində Gəncənin gerbi ucaldılacaq, gerbin hər tərəfində tuncdan hazırlanmış şir heykəlləri qoyulacaq, qarşıda isə "Xəmsə" bulağı inşa ediləcəkdir. "Qala" və Nizami Gəncəvinin məqbərə kompleksləri arasındakı 4,6 kilometrlik yol da yenidən qurulur. Yol boyu Nizaminin "Xəmsə"sinə daxil olan əsərlərin adları həkk edilən 5 nəhəng kitab-abidənin, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulub.
Şəhər icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə dahi Nizaminin anadan olmasının 870 illiyi münasibətilə məqbərədə əsaslı təmir işləri aparılıb. Şairin adına muzeyin inşasına start verilib.
Regional elmi mərkəzin nəzdində Nizami Gəncəvi mərkəzi yaradılıb. "Nizamişünaslıq" jurnalının nəşrinə başlanıb.
Dünya kitabxanalarından Nizami Gəncəviyə məxsus nadir əl yazmalarının surətləri Gəncəyə gətirilib. Almaniyada Azərbaycan, rus, ingilis dillərində dahi şairin həyat və yaradıcılığını əks etdirən sayt yaradılıb.
Toplantıda qeyd olundu ki, bütün bunlar milli dəyərlərimizə xüsusi önəm verən ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin Gəncə və gəncəlilərə, ölməz Nizami irsinə bəslədiyi tükənməz qayğı və diqqətin bəhrəsidir.
Gəncədə milli-mənəvi dəyərlərin, xalqın müqəddəs adət-ənənələrinin mühafizəsinə, qədim abidələrin, tarixi yerlərin bərpasına xüsusi diqqət yetirilir.
Abidələrin müəyyən edilməsi, bərpası və mühafizəsi üçün xüsusi komissiya yaradılıb. Bəllidir ki, Gəncə tarixi memarlıq abidələri ilə zəngindir. Nizami Gəncəvi məqbərəsi, Comərd qəssab türbəsi, İmamzadə kompleksi, Gəncə qapıları, Uğurlu xan karvansarayı, Çökək hamam, Qala divarının qalıqları, Şah Abbas camisi... burada təkcə məscid və məbədlərin sayı qırxdan çoxdur. Bunların hər biri öz tarixinə, taleyinə görə çox dəyərli, milli memarlıq abidəsi sayılır. Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələri siyahısında isə Gəncədə cəmi 254 abidə qeydə alınıb. Lakin son axtarışlar nəticəsində yüzlərlə "naməlum" abidə üzə çıxarıldı. İndi onlar sistemli surətdə bərpa olunur, ünvanları dəqiqləşdirilir, "pasportları" yazılır.
Tarixi abidələrin xeyli hissəsi Cavad xan küçəsində yerləşir. Ona görə də bu qədim küçə tamamilə yenidən qurulub. Bütün binaların dam örtükləri təzələnib. Qapılar və darvazalar milli şəbəkə formasında hazırlanıb. Qaz və su boruları yerin altına salınıb. Küçə boyu doqquz min kvadratmetr sahəyə qranit plitə döşənib. Müxtəlif yerlərdə yeddi fəvvarə quraşdırılıb. Milli adət-ənənələri təsvir edən heykəllər göz oxşayır. Xalça, mis döymə, dulusçuluq və digər tətbiqi sənət nümunələri ilə məşğul olan ustalar üçün xüsusi emalatxanalar açılıb. Cavad xan küçəsi qədim Gəncənin seyrəngahına çevrilib.
Bərpa olunan və yenidən qurulan hər bir obyektin əsas məqsədi budur ki, şəhərin tarixi, taleyi haqqında geniş məlumat verilsin, ən xoş ənənələr gələcək nəsillərə çatdırılsın.
Gəncə öz ulu adına layiq ucalır. Ölkə rəhbəri İlham Əliyevin tapşırığı ilə dövlət tarix-mədəniyyət qoruğu ərazisindəki "İmamzadə" kompleksi əsaslı surətdə bərpa olunur. Xatirə bağında Heydər Əliyev Mərkəzinin, habelə şəhərin mərkəzində filarmoniya binasının təməli qoyuldu, digər xoş işlərə start verildi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn tələb və təkliflərlə əlaqədar görüləcək işlər müəyyənləşdirilib.
Qeyd olundu ki, cari ildə Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi yaradılacaq, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Abbas Səhhət, Məhəmməd Hadi və Əziz Əliyev adına mədəniyyət və istirahət parkları salınacaq, dövlət filarmoniyasının, Heydər Əliyev Mərkəzinin və rabitə evinin inşasına başlanılacaq, Uğurlu xan karvansarayı yenidən qurulacaq, məktəb binalarının tikintisi və təmiri ilə əlaqədar geniş proqram həyata keçiriləcək, Abbas Səhhət xəstəxanası əsaslı şəkildə təmir olunacaq, səfalı guşələrdən birində gənclər mərkəzi yaradılacaq və digər işlər görüləcəkdir.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmətov çıxış etmişdir.
Əhməd İSAYEV
Azərbaycan.- 2012.- 8 mart.- S. 8.