Azərbaycan ilə Xorvatiya arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın inkişafı müzakirə olunmuşdur

 

Martın 9-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın xarici işlər nazirinin müavini Yoşko Klisoviçlə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Xorvatiyanın xarici işlər nazirinin müavini Y.Klisoviç ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu və bunun üçün əlverişli zəmin yarandığını bildirmişdir.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edilmişdir. Xorvatiya Prezidentinin Azərbaycana nəzərdə tutulan səfəri, iki ölkə arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın inkişafı və bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 10 mart.- S. 3.