Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən vətəndaş M.Mikayılovun şikayətinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Şikayətə mahiyyəti üzrə tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun
aprelin 4-nə təyin edilmiş iclasında
baxılacaqdır.
Azərbaycan.- 2012.- 10 mart.- S. 3.