"Şahdəniz"in
yeddi tərəfdaşından biri - NİCO
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və xarici neft kompaniyaları arasında indiyədək 33 HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) imzalanıb. 20 ölkəni təmsil edən 53 enerji şirkəti Azərbaycanın qurudakı və dənizdəki yataqlarında aparılan neft-qaz əməliyyatlarında iştirak edir. Bu şirkətlərdən biri də İranın NİCO şirkətidir.
NİCO Xəzərin Azərbaycan bölməsindəki "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi və Cənubi Qafqaz Boru Kəməri (CQBK) kimi mühüm layihələrdə əhəmiyyətli iştirak paylarına malikdir.
"Əsrin müqaviləsi" bir sıra yataqlar və perspektiv strukturlar üzrə iri layihələrin həyata keçirilməsinə yol açdı. Təkcə 1994-2010-cu illər ərzində Azərbaycanın neft-qaz sektoruna 40 milyard dollara yaxın sərmayə yatırıldı.
"...Qarşımızda duran ikinci vacib məsələ ondan ibarət idi ki, Azərbaycanı dünyada nəinki neft dövləti kimi, qaz dövləti kimi də tanıdaq. Xüsusilə nəzərə alsaq ki, o vaxta qədər 1996-cı ildə imzalanmış "Şahdəniz" qaz yatağı üzrə kontrakt icra edilməyə başlamışdır və Azərbaycanda çox böyük qaz yataqları aşkarlanmışdır. Deyə bilərəm ki, "Şahdəniz" qaz yatağının kəşfi o dövrdə o qədər də böyük diqqət cəlb etməmişdi. Çünki o vaxt dünyada, xüsusilə Avropada qaz amilinə o qədər də böyük diqqət göstərilmirdi. Ondan sonrakı dövrdə - bir neçə il bundan əvvəl qaz amilinin ölkələrin enerji təhlükəsizliyinə nə qədər təsir edən məsələ olduğunu hamımız daha da yaxşı başa düşdük. Ancaq Azərbaycan öz tərəfindən bütün lazımi tədbirləri görmüşdür və "Şahdəniz" qaz yatağının aşkarlanması deyə bilərəm ki, dünya enerji bazarında çox təsirli bir hadisə olmuşdur. Biz hazırda enerji siyasətimizi daha çox qaz amili üzərində qururuq". Bu sözləri ölkə Prezidenti İlham Əliyev keçən ilin iyun ayında Bakıda keçirilən XVIII beynəlxalq neft-qaz sərgisinin açılışında demişdir.
O vaxtdan bəri "Şahdəniz" layihəsi xeyli irəliləyib. Belə ki, layihənin birinci mərhələsi çərçivəsində yataqdan hasil olunan qaz Azərbaycana və Bakı-Tbilisi-Ərzurum kəməri ilə Gürcüstana və Türkiyəyə çatdırılır. "Şahdəniz"in növbəti mərhələsi ölkəmizin qaz təchizatını daha da yaxşılaşdıracaq və "mavi yanacağın" ixracının şaxələndirilməsinə imkan verəcək.
İkinci mərhələnin ilkin qazının 2017-ci ildə əldə olunacağı nəzərdə tutulub. Lakin Avropa "Şahdəniz" qazının yolunu çoxdan gözləyir. Təsadüfi deyil ki, ötən ilin son günlərində Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında "Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu" imzalanıb. Bu memoranduma əsasən, TANAP layihəsi Azərbaycan qazının Gürcüstandan keçməklə Türkiyə ərazisindən Avropaya nəqlini nəzərdə tutur.
"Şahdəniz"in nailiyyətlərindən danışarkən bu nəhəng layihənin səhmdarlarını bir daha xatırlatmaq yerinə düşər. Layihədə 7 dünya şöhrətli neft-qaz şirkəti tərəfdaşlıq edir. Bunlar Böyük Britaniyanın bp (o həm də əməliyyatçıdır), Norveçin "Statoyl", Azərbaycanın ARDNŞ, Rusiyanın "LUKoyl", İranın NİCO, Fransanın "Total" və Türkiyənin TPAO şirkətləridir.
NİCO layihədə 10 faizlik iştirak payına malikdir. Bu şirkət "Şahdəniz" qazını Azərbaycandan və Gürcüstandan keçirərək Türkiyə sərhədinədək daşıyan Cənubi Qafqaz Boru Kəməri layihəsində də 10 faizlik payla iştirak edir.
NİCO - Naftiran İntertrade
Company 1991-ci ildə İngiltərədə
yaradılıb. 2001-ci il
dekabrın 30-da OİEC (Neft
Sənayelərinin Mühəndislik
və Tikinti Şirkəti) Hasilatın
Pay Bölgüsü Sazişində
digər tərəf kimi öz iştirak
maraqlarını da
NİCO-ya ayırdı.
NİCO-nun baş ofisi
İsveçrənin, Lozanna
şəhərində yerləşir. Bu kompaniyanın
"Petropars" və
"Petroiran" adlı
əlavə şirkətləri
də var.
Naftiranın neft-qaz sahəsində
işi çoxşaxəlidir.
Neft və qaz layihələri üçün maliyyə
vəsaitlərinin verilməsi
şirkətin fəaliyyətinin
bir qoludur.
NİCO eləcə də neft-qaz sənayesinə investisiyalar yönəldir.
Şirkət həmçinin
xam neftin, qazın və neft məhsullarının
alqı-satqısı ilə
məşğul olur.
Ölkəmizdə "Şahdəniz" və CQBK kimi nəhəng layihələrin
iştirakçısı olaraq
NİCO 2002-ci ildə Bakıda
öz nümayəndəliyini
təsis edib. Nümayəndəliyin tam rəsmi
adı Naftiran İntertrade Co. (NİCO) Limited nümayəndə
ofisi adlanır. Qısa rəsmi adı isə NİCO nümayəndə ofisi kimi verilir. Nümayəndəlikdən
aldığımız məlumatda
bildirilir ki, o, qeyri-məhdud müddətə
təsis olunub və Azərbaycan Respublikasının qanunlarına
uyğun fəaliyyət
göstərir.
NİCO iri neft-qaz və
ixrac layihələrinin
operatoru olan bp şirkətinin öz tərəfdaşları
ilə birlikdə ölkəmizdə həyata
keçirdiyi sosial proqramlarda da fəal iştirak edir. BTC və CQBK boru xətlərinin keçdiyi ərazilərdə
reallaşan Davamlı
İnkişaf Təşəbbüsləri
buna aydın misaldır. Bu təşəbbüslər
çərçivəsində kənd təsərrüfatının,
sahibkarlığın, təhsilin
inkişafına dəstək
verilir. Gənclərin
peşələrə yiyələnməsinə,
kəndlərdə infrastrukturun
yeniləşməsinə kömək
göstərilir. Deməli,
NİCO-nu ölkəmizdə təkcə neftçilər
deyil, kəndli və fermerlər, tələbələr, idmançılar,
kitabsevərlər... də
tanıyırlar.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 10
mart.- S. 6.