Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrinin və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların  yerinə yetirilməsində yüksək peşəkarlıq göstərdiklərinə görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 20-ci ildönümü münasibətilə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər:

 

 "Vətən uğrunda" medalı  ilə:

 

Məmmədov Şahin Isgəndər oğlu - general-mayor

 

"Hərbi xidmətlərə görə" medalı ilə:

 

Abbasov Rizvan Alyar oğlu    - polkovnik-leytenant

Ağayev Zakir Samiddin oğlu   - polkovnik-leytenant

Aslanov Əli Zəfər oğlu     -  baş gizir

Babayev Samir Müsavər oğlu   - kapitan

Bəylərov Şahin Yəhya oğlu    - mayor

Əhmədov Şirvan Məhəmməd oğlu - əsgər (ölümündən sonra)

Əliyev Bəxtiyar Yusif oğlu   - baş leytenant

Əliyev Rauf Ali oğlu         - polkovnik-leytenant

Əliyev Rüfət Müslüm oğlu     - kapitan

Fürudinov Azər Xansuvar oğlu - polkovnik-leytenant

İbadov Nəsib Rza oğlu         - polkovnik-leytenant

İlyasov Feyruz Qoşunəli oğlu - kapitan

Kazımov Abbas Yəhya oğlu     - mayor

Quliyev Namiq Rövşən oğlu    - mayor

Qüdrətov Rasim Dərgah oğlu   - tibb xidməti polkovnik-leytenantı

Mirzəyev Elxan Abbasqulu oğlu - ehtiyatda olan mayor

Nəhmətov Əfqan Əlimirzə oğlu - polkovnik-leytenant

Nəcəfov Camal Naib oğlu      - leytenant

Salayev Ramiq Yaşar oğlu     - mayor

Şahmuradov Seymur Akif oğlu - kapitan

Vəliyev Rəsul Həmid oğlu     - polkovnik-leytenant

Yusifov İlqar Səfər oğlu     - mayor

Zərbaliyev Ağacan Saday oğlu - polkovnik-leytenant

Zinharov  Faiq  Turan oğlu   - əsgər (ölümündən sonra).

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 1.