Z.T.Əmiraslanova "Əməkdar artist" fəxri adının verilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda incəsənətin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səmərəli fəaliyyət göstərdiyinə görə leytenant Zaur Tariyel oğlu Əmiraslanova "Əməkdar artist" fəxri adı verilsin.

 

 

 İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 1.