Bu il ilk milli telekommunikasiya peykimiz orbitə buraxılacaq

 

İnkişaf etmək, dünya ilə ayaqlaşmaq hər millətin arzusu və qarşısına qoyduğu əsas məqsəddir. Bu məqsədlərə çatmağın müxətəlif yolları var. Onlardan birigüclü iqtisadi islahatların həyata keçirilməsi və qabaqcıl texnologiyaların tətbiqidir. Mövcud kommunikasiya şəbəkələrinin təkmilləşməsi və son nailiyyətlərə uyğun yeni şəbəkələrin tətbiq edilməsi ölkəmizdə sürətlə reallaşır.

"Qlobal İnformasiya Texnologiyaları üzrə Hesabat"a görə, Azərbaycan 134 ölkə arasında 60-cı yeri tutmuş və MDB məkanında bir çox dövlətləri geridə qoymuşdur. Ölkəmizdə MDB dövlətləri arasında ilk dəfə sabit telefon şəbəkəsi tam rəqəmləşdirilmiş və bütün ölkə üzrə beynəlxalq standart nömrələmə sisteminə keçilmişdir. İKT sektoru hazırda Azərbaycan milli iqtisadiyyatında inkişaf sürətinə görə energetika sektorundan sonra ikinci yeri tutur. 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları Strategiyası"nın qəbul olunması ilə Azərbaycan informasiya cəmiyyətinə keçidi öz prioriteti elan etdi. Bu strategiyanı yerinə yetirmək üçün isə 2005-ci ildə "Rabitə və informasiya texnologiyalarının inkişafı 2005-2008-ci illər üçün Dövlət Proqramı" qəbul olundu. Bu proqram strukturiqtisadi islahatlar, infrastrukturun təkmilləşməsi, yeni tənzimləmə mühitinin yaradılması, ən əsası, ictimaiyyətin bu sahə ilə daha geniş məlumatlandırılması baxımından böyük əhəmiyyətə malik idi. Bundan sonra İKT hər bir sahənin inkişafında prioritet vəzifə kimi qarşıya qoyuldu.   

Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi iqtisadisiyasi cəhətdən çox əhəmiyyətlidir. Bunlar ölkəmizin Qərb ilə Şərq arasında informasiya mərkəzi kimi beynəlxalq rol oynamasına imkan verir, həmçinin kosmik texnologiyalar yaradılarkən tələb olunan informasiya təhlükəsizliyinin təmin edilməsi tələbatını yaradır.

2008-ci ilin noyabr ayında Prezident İlham Əliyev telekommunikasiya peyklərinin buraxılması daxil olmaqla kosmik sənayenin yaradılması barədə sərəncam imzaladı. Azərbaycan 2012-ci il ərzində Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peykini buraxmağı planlaşdırır. Beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziyaradio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl peyk tətbiq olunmaları üçün xidmətləri yerinə yetirir. Peykin hazırlanması və orbitə çıxarılması istiqamətində aparılan işlər Azərbaycan Prezidentinin "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. 2010-cu il mayın 25-də ölkəmizlə Malayziyanın "Measat Satellite Systems" şirkəti arasında orbital mövqeyin birgə ifadəsini, həmin il mayın 27-də ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti arasında peykin istehsalını nəzərdə tutan müvafiq müqavilələr imzalandı. Dövlət proqramının icrasının ən mühüm hissələrindən biri olan Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə əlaqədar "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında bir sıra məsuliyyətli vəzifələr qoyulub. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təkliflər hazırlamaq məqsədilə Kosmik Məsələlər üzrə Şura yaradılıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ilin qarşıda duran vəzifələrinə həsr olunmuş iclasında çıxışı zamanı bildirdi ki, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykini fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır.

Dövlət proqramının özəyində əsasən rabitə peyklərinin əldə edilməsi dayanır. Ondan sonra kosmik sənayenin yaradılması üçün yerüstü infrastrukturun təşkili - yəni kosmik məlumatların qəbulu, emalı və istehlakçılara çatdırılması kompleksinin yaradılması, sonrakı mərhələlərdə isə bu işlərin tam şəkildə təşkili dayanır. Mütəxəssislərin fikrincə, peykimizin olması həm daxili məsələlərimizin həllinə şərait yaradar, həm də ondan kommersiya məqsədilə istifadə edib başqa ölkələrə də öz xidmətlərimizi təklif edə bilərik. Azərbaycanın Milli Aerokosmik Agentliyi 1973-cü ildən fəaliyyət göstərir, kifayət qədər kadr potensialı da var. Prezidentin təsdiqlədiyi proqram həm də Amerikanın və Avropanın inkişaf etmiş bir sıra təşkilatlarında kadr hazırlığının həyata keçirilməsini nəzərdə tutur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ilin qarşıda duran vəzifələrinə həsr olunan iclasında çıxışı zamanı bildirdi ki, ölkəmizdə kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının keçirilməsində kontraktlar üzrə işlər görülmüşdür: "İlk telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi bu ilin oktyabr ayına, sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılmışdır. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır. Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır. Bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcək. Peykpeykin idarəetmə və istismarı üçün ABŞ, FransaMalayziyada mütəxəssislərin hazırlığı aparılmış, bu proses bu ildavam etdiriləcək. İnformasiya texnologiyaları sahəsində istehsal həcmi də hesabat ilində 50 faiz artmış və təxminən 120 milyon manat olmuşdur. Bu məhsullara əsasən radioelektron elementlər, optik daşıyıcılar, kompyuterlər, müxtəlif proqram modulları və s. daxildir. Həmçinin bir neçə yeni tipli elektron məhsullar alınmışdır". Bu o deməkdir ki, bu il ölkəmizin kosmik həyatında dönüş ili olacaq, ilk milli rabitə peykimiz fəzaya buraxılacaq.

Hazırda peykin yerüstü idarə olunması üçün əsas və ehtiyat mərkəzləri inşa olunur. Əsas mərkəz paytaxt Bakı yaxınlığında - Qala qəsəbəsində, ehtiyat mərkəz isə Naxçıvanda yerləşəcək. Azərbaycan peyk imkanlarının yalnız 20 faizindən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40 faizi Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul edilir. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə edəcək. Peyk radioyayım və internetlə transmissiyaya malik olacaq. 

Regional bazarda da fəaliyyətimiz genişlənməkdədir. Əsas vəzifələrdən biri ölkəmiz tərəfindən region ölkələrinə informasiya xidmətlərinin tranzit potensialının göstərilməsidir. Nazir bildirdi ki, bu sahədə BMT-nin 64-cü Baş Assambleyasının xüsusi qətnaməsi Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən "Transmilli Avrasiya superinformasiya magistralı" layihəsi mərhələlərlə reallaşmaqdadır: "Azərbaycan Şərqi Asiya, MDB, Mərkəzi Asiya həmçinin Əfqanıstan Pakistan ərazilərindən keçməklə Qərbi Avropa Sakit okean ölkələrinin həddən artıq inkişaf etmiş iki informasiya şəbəkəsi arasında əlaqə yaradacaq "Transmilli Avrasiya superinformasiya magistralı" layihəsinin əsasını qoymuşdur. Bu layihənin reallaşdırılması iştirakçı ölkələr üçün bilik iqtisadiyyatının ümumilikdə bütün regionun sosial-iqtisadi inkişafına böyük kömək edəcəkdir. Bu təşəbbüs 2008-ci ilin noyabrında Bakıda keçirilmiş Regional Nazirlər Toplantısında irəli sürülmüşdür. Bu görüşün nəticəsi olaraq "Transmilli Avrasiya superinformasiya magistralı" üzrə Bakı Bəyannaməsi qəbul edilmişdir.

Fevralın 22-  Vyanada Azərbaycanla Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika informasiya texnologiyaları sahələrində əməkdaşlıq üzrə qarışıq komissiyanın VII iclası keçirilib. Komissiyanın iclasına Azərbaycan tərəfdən həmsədrliyə rabitə informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən isə ölkənin iqtisadiyyat, ailə gənclər üzrə federal nazirin müavini Bernadette Qirlinger başçılıq edib. Qeyd edək ki, qarışıq komissiyanın iclasları 1998-ci ildə Azərbaycan Avstriya hökumətləri arasında imzalanmış "İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq hər iki ildən bir keçirilir.

İclasın əvvəlində hər iki ölkənin iqtisadi göstəriciləri, qarşılıqlı ticarət dövriyyəsi iqtisadi münasibətlərin hazırkı vəziyyəti barədə məruzələr edilib. Qeyd edilib ki, Avstriya Qara dəniz Xəzər dənizi hövzəsi ölkələri ilə əməkdaşlığa maraq göstərir region ölkələri içərisində böyük iqtisadi potensiala malik Azərbaycan Avstriya tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın nümayəndə heyəti səfər çərçivəsində Avstriyanın nəqliyyat, innovasiya texnologiyalar üzrə federal nazirin müavini Andreas Rayxhard, BMT-nin Kosmik Məsələlər Ofisinin direktoru xanım Mazlan Otmanla da görüşlər keçirib. Görüş zamanı BMT-nin Kosmik fəzanın sülh məqsədləri üçün öyrənilməsi üzrə Komitəyə üzv seçilməsi münasibətilə BMT tərəfindən Azərbaycan hökumətinə bu sahədə 5 sazişə qoşulması tövsiyə olunub. Komitə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 11 mart.- S. 5.