Azərbaycanın
birinci xanımı Türkiyə xarici işlər nazirinin
xanımı ilə görüşmüşdür
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 12-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu ilə görüşmüşdür.
Qonağı Heydər Əliyev Fondunda görməkdən məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva qardaş Türkiyənin Azərbaycan üçün önəmini vurğuladı.
İlk dəfədir ki, ölkəmizə səfər etdiyini deyən Sare Davudoğlu Azərbaycanda keçirilən "Yeni minillikdə çağdaş dünyamızın müqəddəs vəzifəsi olaraq analığın qorunması" toplantısında iştirak etdiyini bildirdi. Sare Davudoğlu bu toplantının qadın xəstəlikləri ilə mübarizə sahəsindəki önəmini diqqətə çatdırdı.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç görüş çərçivəsində "Türk Dünyası Sənətçilər və Yazarlar Vakfı"nın təsis etdiyi "Türk Dünyasına xidmət" mükafatını Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya təqdim etdi.
AzərTAc
Azərbaycan.- 2012.- 13 mart.- S. 5.