Sergey Narışkin: Əminəm ki, Azərbaycan gəncləri Azərbaycan-Rusiya
münasibətlərinin inkişafına öz
layiqli töhfəsini verə biləcəklər
"Əminəm ki, Azərbaycan gəncləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, humanitar əlaqələrin genişləndirilməsi, millətlərarası dialoqun dərinləşdirilməsi işinə öz layiqli töhfəsini verə biləcəklər".
AzərTAc xəbər verir ki, bu fikirlər Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin Dünya Azərbaycanlı Gənclər Birliyinin martın 12-də Bakıda açılmış təsis qurultayının iştirakçılarına məktubunda ifadə edilir.
Sergey Narışkin öz məktubunda vurğulayır ki, Rusiya və Azərbaycan xalqlarını bir-birinə bağlayan çoxəsrlik səmimi dostluq telləri qarşılıqlı hörmətə əsaslanır. Məktubda deyilir: "Nəsildən-nəslə keçən mehriban qonşuluq, sıx əməkdaşlıq ənənələri bizim mədəniyyətlərimizin qarşılıqlı zənginləşməsinə kömək edir".
Məktubda daha sonra vurğulanır: "Yüz minlərlə azərbaycanlı üçün Rusiya, sözün həqiqi mənasında, ikinci vətən olmuşdur, lakin onlar öz talelərini Rusiya ilə bağlamaqla öz tarixi vətənləri ilə əlaqəni itirmirlər".
Dövlər Dumasının sədri qurultay iştirakçılarına müraciətində qeyd edir ki, gənclər hər iki dövlətin ümid yeri, dayağı, gələcəyidir.
Sergey Narışkin öz məktubunda
deyir: "Ümidvaram
ki, Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis
qurultayı konstruktiv, yaradıcı şəraitdə
keçəcək, qurultay
iştirakçılarının irəli sürdüyü
yeni ideyalar yeni layihələrin həyata keçirilməsinə
şərait yaradacaqdır".
Azərbaycan.- 2012.- 13 mart.- S. 7.