Gənclərin vahid qurum şəklində
fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların
dünyaya çatdırılmasına imkan verəcəkdir
"Gənclərin vahid qurum şəklində fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi gələcəkdə Azərbaycan diasporunun güclənməsinə, həqiqətlərimizin dünya birliyinə çatdırılmasına, əsasən də, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrə məlumatların çatdırılmasına imkan verəcəkdir".
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir.
Elnur Aslanov bildirmişdir ki, qurultayın keçirilməsi Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunması istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür.
Elnur Aslanov
bu tədbirin xaricdə yaşayan
azərbaycanlı gənclər üçün
yeni perspektivlər
açdığını demişdir. Qeyd etmişdir ki, Azərbaycanın sosial-iqtisadi
çəkisi artdıqca müxtəlif ölkələrdə
fəaliyyət göstərən diaspor
nümayəndələri də fəallıqlarını
artıra bilirlər.
Azərbaycan.- 2012.- 13 mart.- S. 7.