Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

 

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçıları martın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qurultay iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən qurultay iştirakçılarına şəhərimizdə görülən son abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 13 mart.- S. 7.