Nazirlər Kabineti üç yeni qərar qəbul etmişdir
Son günlər Nazirlər
Kabineti üç yeni qərar qəbul
etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin Ədliyyə, Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi haqqında qərar qəbul etmişdir.
Qərar
2012-ci il aprelin 1-dən qüvvəyə
minir.
Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 36-cı maddəsinə əsasən
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və
Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyası arasında 2012-2013-cü illər
üçün Baş
Kollektiv Sazişin bağlanması haqqında
qərar qəbul edilmişdir.
Bu qərar martın 6-dan - imzalandığı
gündən qüvvəyə
minmişdir.
"Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 19 dekabr tarixli fərmanının
4.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2011-ci il
6 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda
dəyişikliklər edilməsi
haqqında qərar qəbul etmişdir.
Bu qərar martın 7-dən
- imzalandığı gündən qüvvəyə
minmişdir.
Nazirlər Kabinetinin mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin
www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının
Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın
www.azertag.com internet resursunda tanış olmaq mümkündür.
Azərbaycan.- 2012.- 13 mart.- S.
7.