Azərbaycan
müdafiə naziri İran
Prezidenti ilə görüşmüşdür
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev martın 12-də İran İslam Respublikasına səfər çərçivəsində Prezident Mahmud Əhmədinejad ilə görüşmüşdür.
Qonaqpərvərliyə və qəbula görə minnətdarlığını bildirən müdafiə naziri S.Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran dövlətinin başçısına çatdırmış və bildirmişdir ki, ölkələrimiz arasında hərtərəfli inkişaf xətti bundan sonra da qorunacaqdır.
Səmimi salamlara görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən İran Prezidenti onun da salamlarını və xoş arzularını dövlət başçısına çatdırılmasını xahiş etmişdir.
Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov görüşdə iştirak etmişdir.
Sabir ŞAHTAXTI
Azərbaycan.- 2012.- 13 mart.- S. 9.