Kijəbə-Ojakəran
və Kijəbə-Qəcimardə avtomobil
yolu istismara verilmişdir
Astara rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunmuşdur. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir. Qəsəbənin girişində Bayraq Meydanı tikilmiş, dirəyinin hündürlüyü 25 metr olan dövlət bayrağı ucaldılmışdır. Ərazidə istirahət parkı da salınmışdır. Qəsəbəyə gedən yol genişləndirilmiş, yol boyu abadlıq işləri görülmüşdür.
Bildirildi ki, qəsəbədə dəfələrlə olan ulu öndər Heydər Əliyevin göstərişi ilə 1960-cı illərin sonunda burada kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarı tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına isə həmin su anbarının təmirinə başlanmış və hazırda işlər davam etdirilir. Anbarın tutumu 6,3 milyon kubmetr, dərinliyi 17 metrdir. Burada yerləşən 4 aqreqatlı nasos stansiyasının köməyi ilə 1250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir.
Prezident İlham ƏLİYEV açılış mərasimində iştirak edən sakinlərlə görüşərək dedi:
Mən Astarada tez-tez oluram. Sizin də
bayramınız mübarək
olsun. Təbrik edirəm.
SAKİN:
Çox sağ
olun. Minnətdarıq
Sizə.
Prezident
İlham ƏLİYEV: Bu bayram
günündə çox
yaxşı tədbirlər
keçirdik. Həm Olimpiya Mərkəzinin, həm də mərkəzi xəstəxananın
əsaslı təmir
olunmuş binasının
açılışında iştirak etmişəm. Xəstəxana çox bərbad
vəziyyətdə idi.
Demək
olar ki, yox idi. İndi gözəl tibb ocağı yaradılıbdır.
SAKİN:
Çox sağ
olun. Minnətdarıq
Sizə, cənab Prezident.
Prezident
İlham ƏLİYEV: Yol
tikintisi də çox vacib məsələdir. Keçən ilin aprel ayında
da Astarada idim, başqa kənd yolunun açılışında iştirak
edirdim. Bu gün, bir ildən
sonra isə Kijəbə qəsəbəsini
başqa kəndlərlə
birləşdirən yolun
açılışında iştirak edirəm. Yol həyatdır. Yol olmadan inkişaf ola bilməz.
SAKİN:
Bu gözəlliyə, yaratdıqlarınıza
görə bütün
Astara əhalisi adından Sizə minnətdarıq. Bu gün bayramımız ikiqat olacaqdır. Sizin gəlişinizi də, çərşənbə bayramını
da qeyd edərik.
Sizə bu bayram günündə
uğurlar arzulayırıq.
Prezident
İlham ƏLİYEV: Sağ
olun. Sizə də uğurlar
arzulayıram. Mənim arzum
ondan ibarətdir ki, hər bir
kənddə, hər bir qəsəbədə işlər yaxşı getsin, yaşamaq üçün, işləmək
üçün bütün
şərait olsun.
Qazlaşdırma gedir. İndi sizin
kəndə qaz çəkilibdir, işıq
vardır.
SAKİN:
24 saat təbii qazla təminatımız vardır. İşıq da 24 saat yanır.
Prezident
İlham ƏLİYEV: Burada,
Ərkivan kəndində
əvvəl elektrik stansiyası tikdik. İndi yol vardır. Su layihəsi də
icra edilir. Şəhərdə su-kanalizasiya layihəsi
artıq başlamaq üzrədir. Qalan işlər
indi sizdən asılıdır.
SAKİN:
Çox sağ
olun. Biz Sizi
həmişə dəstəkləmişik,
həmişə də
bütün əhalimiz
Sizi dəstəkləyəcəkdir.
Prezident
İlham ƏLİYEV: Kənd
təsərrüfatının inkişafı üçün
də kreditlər, gübrələr, əlavə
texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, biz istəyirik ki, bu inkişafa daha da güclü
təkan verək.
Çünki hər bir bölgədə, hər bir kənddə
yaxşı şərait
olsun, rifah artsın, iş yerləri açılsın
və gözəl abadlıq işləri görülsün. Bu qəsəbə bir azdan sonra şəhərə
oxşayacaqdır.
SAKİN:
Çox sağ
olun. Minnətdarıq
Sizə. Allah Sizi hifz eləsin.
Allah Sizə, ailənizə
uzun ömür, cansağlığı versin.
Prezident
İlham ƏLİYEV: Sağ
olun. Mən Astara rayonunun
bir neçə kəndində olmuşam, kənd-kənd gəzirəm.
SAKİN:
Bu, ulu öndərimizdən
qalan ənənədir.
Çünki ulu öndərimiz
8 dəfə bu qəsəbədə olub.
Siz də bu ənənəni
davam etdirirsiniz.
Prezident
İlham ƏLİYEV: Səkkiz
dəfə bu qəsəbədə olub?
Onda mən hələ çox gəlməliyəm.
SAKIN: İnşallah. Allah qismət eləsin gələsiniz.
Prezident
İlham ƏLİYEV: Keçən
dəfə də Astaranın bir neçə kəndində
olmuşam. Burada həm yol tikintisi ilə bağlı kəndlərdə
olduq, sonra kiçik su elektrik stansiyasının təməlini qoyduq.
Orada da işlər gedir. Yaxın zamanlarda o da
istismara veriləcəkdir.
Astaranı mən indi yaxından tanıyıram.
Prezident kimi 5-ci dəfə gəlirəm. Əvvəlki dövrdə ulu öndərlə bərabər
burada olmuşam.
Hər dəfə burada yenilik, inkişaf görəndə ürəyim
açılır. Sizin qədər
mən də sevinirəm. Sizə cansağlığı,
uğurlar arzulayıram.
SAKİNLƏR:
Çox sağ
olun. Biz Sizinlə
fəxr edirik. Dünya arenasında da biz Sizinlə fəxr edirik. Bütün Azərbaycan xalqı
kimi, Astara ictimaiyyəti də həmişə Sizinlədir.
Çalışarıq etimadınızı doğruldaq. Dövlətimizin bu gözəl qayğısına biz də
işimizlə cavab verək.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
* * *
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Masallı və Salyan rayonlarında da səfərdə olmuşdur.
(Bu rayonlara səfərlərdən
geniş hesabat qəzetin növbəti nömrəsində veriləcəkdir).
AzərTAc
Azərbaycan.- 2012.- 14 mart.- S. 3.