Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya regionunda keçirilmiş qondarma «parlament seçkiləri»ni tanımadığı barədə bəyanat yaymışdır

 

 Martın 13-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) 2012-ci il martın 10-da Gürcüstanın Abxaziya regionunda keçirilmiş qondarma "parlament seçkiləri" ilə bağlı bəyanat yaymışdır.

XİN-in mətbuat xidmətindən AzərTAc-a daxil olmuş bəyanatda bildirilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Abxaziya regionunda 2012-ci il martın 10-da  keçirilmiş qondarma "parlament  seçkiləri"ni tanımadığını bəyan edir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır".

 

 

Azərbaycan.- 2012.- 14 mart.- S. 3.