Yeni Azərbaycan Partiyası ilə
İtaliyanın "Popolo della
Liberta" partiyası arasında əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.
YAP mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər İtaliyanın keçmiş baş naziri, "Popolo della Liberta" partiyasının rəhbəri Silvio Berluskoninin dəvəti ilə həyata keçirilir.
Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları, YAP xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli daxildirlər.
Əli Əhmədov martın 12-də Milan şəhərində, "Popolo della Liberta" partiyasının rəhbəri Silvio Berluskoni ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-İtaliya
münasibətlərinin indiki durumu, Yeni Azərbaycan
Partiyası ilə "Popolo della Liberta"
partiyası arasında ikitərəfli əlaqələrin
hazırkı vəziyyəti və inkişaf
perspektivləri barədə ətraflı fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 14 mart.- S. 3.