Səfər
başa çatdı
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin Azərbaycana rəsmi səfəri martın 13-də başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2012.- 14 mart.- S. 4.