“Kür”
otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti
ilə tanışlıq
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində "Kür" otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, oteldə əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanmışdır. Dördmərtəbəli oteldə 57 nömrə vardır. Nömrələr yüksək xidmət standartlarına cavab verir.
Diqqətə çatdırıldı ki, otelin nəzdində şadlıq sarayı, restoran, bar-kafe və mağaza tikilmişdir.
Qeyd edildi ki, oteldə quraşdırılmış liftlər "Gilan" MMC-nin Qəbələ lift zavodunda istehsal olunmuşdur. Burada mərkəzləşdirilmiş havalandırma sistemi, transformator quraşdırılmış, su hovuzu tikilmişdir. Otelin ətrafı abadlaşdırılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 15 mart.- S. 4.