Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan
əmanətçilərinə fərdi birdəfəlik
ödəmələrin verilməsi Qaydaları
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
Bu qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan
Respublikası Bankının
əmanətçiləri olan və həmin
bankın hüquqi varisi "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində (bundan
sonra - Bank) bu qaydaların qüvvəyə
mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını
saxlamış Azərbaycan
Respublikası vətəndaşlarına
və ya onların vərəsələrinə,
həmin hesabdakı qalıqlar nəzərə
alınmaqla, fərdi birdəfəlik ödəmələrin
(bundan sonra - birdəfəlik ödəmə)
verilməsinin prinsiplərini,
hallarını və
şərtlərini müəyyən
edir.
2. Əsas anlayışlar
2. Bu qaydaların məqsədləri
üçün aşağıdakı
əsas anlayışlardan
istifadə edilir:
2.1. əmanətçi -
1992-ci il 1 yanvar tarixinə keçmiş
SSRİ Əmanət Bankının
Azərbaycan Respublikası
Bankında əmanəti
olan və bu qaydalar qüvvəyə
mindiyi tarixə Bankda əmanət qalığını saxlamış
Azərbaycan Respublikası
vətəndaşları və
ya onların vərəsələri;
2.2. əmanət qalığı
- əmanətçilərin 1992-ci il 1 yanvar tarixinə
keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan
Respublikası Bankında
şəxsi əmanət
hesablarında olan və 1992-ci il avqustun 15-dən Azərbaycan
Respublikası milli valyutasının dövriyyəyə
buraxılması zamanı
hesablaşmalarda müəyyən
edilən manatın rubla olan nisbəti
(1 Azərbaycan manatı
= 10 rubl) və 2006-ci il yanvarın 1-dən həyata keçirilmiş
manatın denominasiyası
(1 yeni Azərbaycan manatı = 5000 Azərbaycan
manatı) nəzərə
alınmaqla, bu qaydaların qüvvəyə
mindiyi tarixə Bankda saxladığı pul vəsaitləri;
2.3. əmanət (bank) kitabçası
- keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan
Respublikası Bankında
əmanətçiyə şəxsi
əmanət hesabının
açılmasını və
bu hesabda pul vəsaitinin olmasını təsdiq edən sənəd;
2.4. rubl - keçmiş Sovet Sosialist Respublikaları İttifaqında
istifadə edilən pul vahidi;
2.5. manat - 2006-cı il 1 yanvar tarixindən Azərbaycan Respublikasının
ərazisində ödəniş
vasitəsi kimi işlədilən pul vahidi;
2.6. müvəkkil bank - keçmiş
SSRİ Əmanət Bankının
Azərbaycan Respublikası
Bankının hüquqi
varisi olan "Kapital Bank" Açıq
Səhmdar Cəmiyyəti;
2.7. vərəsə - vəfat
etmiş (ölmüş)
əmanətçinin (miras
qoyanın) mülki qanunvericiliklə müəyyən
edilmiş qaydada əmlakının (əmanətinin)
keçdiyi Azərbaycan
Respublikasının vətəndaşları
olan şəxslər.
3. Birdəfəlik ödəmə,
onun hesablanması qaydası və maliyyə mənbəyi
3.1. Əmanətçilərə
dövlət tərəfindən
bu qaydaların 3.2-ci bəndində nəzərdə
tutulan qaydada hesablanmaqla birdəfəlik
ödəmə verilir.
3.2. Birdəfəlik ödəmə,
əmanət qalığının
məbləğindən asılı
olaraq, aşağıdakı
cədvəldə müəyyən
edilmiş qaydada hesablanır:
Əmanət qalığı
(manat) |
Hesablanma qaydası |
0,04 manata (2000 rubla) qədər olduqda |
Əmanət qalığının
hər bir qəpiyi üçün
75 manat |
0,04 manatdan 0,1 manata (2000 rubldan 5000 rubla) qədər olduqda |
300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər
bir qəpiyinə 50
manat |
0,1 manatdan 0,2 manata (5000 rubldan 10000 rubla) qədər olduqda |
600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər
bir qəpiyinə 40
manat |
0,2 manatdan (10000
rubldan) yuxarı |
1000 manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər
bir qəpiyinə 25
manat |
4. Birdəfəlik
ödəmənin verilməsi
qaydası və müddəti
4.1. Birdəfəlik ödəməni
almaq üçün
əmanətçi şəxsi
əmanət hesabını
bağlamaq barədə
müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə aşağıdakı sənədlər
əlavə olunmalıdır:
4.1.1. əmanət (bank) kitabçası
və ya bu qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz
edən sənəd;
4.1.2. Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi;
4.1.3. soyad və ad dəyişikliyi olduğu
halda, həmin dəyişikliyi təsdiq
edən sənədin
notarial qaydada təsdiq edilmiş surəti;
4.1.4. vəsait vərəsələrə
ödəniləcəyi halda
vərəsələrin miras
əmlaka (əmanətə)
hüquqları barədə
sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu
barədə müvafiq
məhkəmə qərarı.
4.2. Bu qaydaların 4.1-ci bəndində
nəzərdə tutulmuş
sənədləri Banka təqdim
edən əmanətçilərin
əmanət (bank) kitabçasında
olan məlumatlar (bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş
pul vəsaitinin bütün məbləğləri,
hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri
və əmanət
(bank) kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı
və həmin məlumatların bank tərəfindən
təsdiqi) Bankda olan sənədlərdəki
məlumatlarla tutuşdurulur.
Tutuşdurma zamanı
məlumatlar öz təsdiqini taparsa, əmanətçiyə birdəfəlik
ödəmənin verilməsi
bu qaydalara uyğun olaraq Bank tərəfindən həyata
keçirilir.
Tutuşdurma zamanı məlumatlarda
uyğunsuzluq aşkar
edildikdə, əmanətçinin
müraciəti əsasında
bu qaydaların 5-ci bəndində göstərilən
Xüsusi Komissiya tərəfindən araşdırma
aparılır və müvafiq qərar qəbul edilir.
4.3. Əmanət (bank) kitabçası
itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə
düşdükdə, əmanətçinin
verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır.
Tutuşdurma nəticəsində
əmanətçinin öz
ərizəsində verdiyi
məlumatlar təsdiqini
taparsa, Bankın təklifi ilə bu qaydaların 5-ci bəndində göstərilən
Xüsusi Komissiyanın
qərarı əsasında
əmanətçiyə əmanət
(bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi
həmin sənədə
əsasən həyata
keçirilir. Əmanət
(bank) kitabçasını əvəz edən sənədin formasını
Xüsusi Komissiya təsdiq edir.
4.4. Birdəfəlik ödəmə
əmanətçinin arzusu
ilə nağd qaydada və ya onun digər
bank hesabına köçürülməsi
yolu ilə verilir.
4.5. Birdəfəlik ödəməni
almış əmanətçinin
Banka qarşı bütün
tələbləri təmin
edilmiş hesab olunur və əmanətçinin əmanət
qalıqları üzrə
bank müqaviləsinə həmin
məbləği aldığı
gündən xitam verilir.
Əmanət qalıqları üzrə
Bank əmanəti müqaviləsinə
xitam verilməsi birdəfəlik ödəmənin
verilməsi üçün
əsasdır.
4.6. Birdəfəlik ödəmənin
alınması ilə
bağlı bu qaydaların 4.1-ci bəndində
nəzərdə tutulmuş
qaydada 2012-ci il 31 dekabr tarixinədək
Banka müraciət edilir.
Həmin müddətdən
sonra müraciətlər
qəbul edilmir və onlara baxılmır.
4.7. Birdəfəlik ödəmənin
alınması üçün
əmanətçilərin müraciət etməsi və həmin ödəmələrin verilməsi
müddəti Azərbaycan
Respublikasının Prezidenti
tərəfindən qanunvericiliklə
müəyyən edilmiş
qaydada uzadıla bilər.
5. Birdəfəlik
ödəmənin verilməsi
üzrə yaradılmış
Xüsusi Komissiyanın fəaliyyəti
5.1. Birdəfəlik ödəmənin
verilməsi üzrə
yaradılmış Xüsusi
Komissiya həmin birdəfəlik ödəmənin
verilməsi zamanı yaranmış mübahisəli
məsələlərə baxır və bu işlərə ümumi nəzarəti həyata keçirir. Xüsusi Komissiyanın birdəfəlik
ödəmənin verilməsinə
dair qəbul etdiyi qərarlar Bank üçün məcburidir.
Əmanətçi Xüsusi Komissiyanın
qərarından qanunla
müəyyən edilmiş
qaydada aidiyyəti üzrə məhkəməyə
müraciət edə
bilər.
5.2. Xüsusi Komissiyanın
işinə aidiyyəti
dövlət orqanlarının
nümayəndələri cəlb
edilir (ezam edilir) və onlar birdəfəlik ödəmələrin verilməsi
başa çatanadək
müvafiq işlərin
həyata keçirilməsinə
ödənişli əsaslarla
təhkim edilirlər.
5.3. Xüsusi Komissiya
birdəfəlik ödəmənin
verilməsi vəziyyəti
barədə hər növbəti ayın 10-dək
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə
aylıq hesabat təqdim edir.
Azərbaycan.- 2012.- 15 mart.- S.
5.