Belçikanın
Kralı əlahəzrət II Albertə
Əlahəzrət!
İsveçrədə
baş vermiş ağır avtomobil qəzası nəticəsində
əksəriyyəti uşaqlar olan həmvətənlərinizin
həlak olması xəbəri məni son dərəcə
sarsıtdı.
Bu
faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün Belçika xalqına
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, yaralananların
və xəsarət alanların tezliklə
sağalmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 mart 2012-ci il
Azərbaycan.- 2012.- 15 mart.- S.
5.