1995-ci ilin mart hadisələrində Heydər Əliyev Azərbaycanı xilas etdi

 

 1995-ci ilin 13-17 mart hadisələrindən 17 il ötsə də, həmin hadisələri göz önünə çəkib bir sıra məqamlara toxunmağı zəruri sayırıq. Əslində bu hadisələr 1994-cü ilin oktyabrında bəzi xarici qüvvələrin diktəsi ilə dövlət çevrilişinə edilən cəhdin növbəti ssenarisi hesab olunur. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr əcnəbi havadarlarının tələbi ilə hərəkətə gəldilər. Çünki bu müqavilənin əleyhinə olan və respublikamıza təzyiq göstərmək istəyən xarici qüvvələrin hərəkətləri ölkə daxilində xalqa, dövlətə, dövlətçiliyə düşmən mövqelərlə üst-üstə düşmüşdü. Ancaq xalqın gücü, iradəsi və müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində bu cəhdin qarşısı alındı.

Respublikamız, onun müstəqilliyi, dövlətçiliyimiz böyük bir sınaqdan keçdi. Düşünmək olar ki, bu, artıq hamıya ibrət dərsi olmalı, hər kəs özü üçün nəticə çıxarmalı idi. Təəssüf ki, belə olmadı. Xalqına, dövlətinə zidd mövqedə duran qüvvələr bundan sonrakı dövrdə birləşib 1995-ci ilin mart ayında yenidən dövlət çevrilişinə cəhd etdilər. Ancaq yenə də xalqımız  ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşdi və müdriklik göstərərək müstəqil Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirdi, bu cəhdlərin qarşısını aldı.

Məlum hadisələrdən 17 il ötməsinə baxmayaraq indi bəzi insanlar hamının gözü qarşısında baş verən hadisələri saxtalaşdıraraq başqa formalarda xalqa çatdırmağa çalışırlar. Bu isə birmənalı qarşılanmır və həmin şəxslər xalqın qınağına səbəb olurlar.

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyir ki, 1995-ci ilin mart hadisələri dahi lider Heydər Əliyevin o dövrdə həyata keçirdiyi müstəqil siyasətə, bütövlükdə dövlətçiliyə və ölkədə qanunçuluğun qorunmasına qarşı yönələn hərəkət idi. Lakin ölkə rəhbərliyi və xalq bəzi xarici siyasi dairələrin diktəsi ilə dövlətçiliyə qarşı çıxan qüvvələrə bir daha yox dedi. Onun sözlərinə görə, həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir, onları müdafiə etmir: "Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qarşıda üç mühüm vəzifə dayanırdı - müstəqil dövlət quruculuğunu həyata keçirmək, sovet sistemindən qalma iqtisadi modeli yeni modellə əvəz etmək və Ermənistanın davam edən təcavüzünün qarşısını almaq. Təəssüf ki, istiqlalımızın ilk illərində hakimiyyətdə olan dairələr istər Ayaz Mütəllibov, istərsə də onu əvəz edən Xalq Cəbhəsi - Müsavat cütlüyü bu vəzifələri nəinki yerinə yetirə bilmədi, hətta mövcud vəziyyəti kifayət qədər dəyərləndirmədi".

Deputat hesab edir ki, Azərbaycanın istiqlalının ilk illərində ölkədə vahid komandanlığa tabe hərbi birləşmələrin formalaşdırılması istiqamətində işlər görmək əvəzinə, ayrı-ayrı siyasi təşkilatların nəzarətində olan hərbi birləşmələrinin yaradılmasına cəhdlər edilirdibu istiqamətdə də addımlar atılırdı: "Belə bir şəraitdə təbii ki, müxtəlif siyasi dairələrin tabeçiliyində olan hərbi birləşmələr vahid komandanlığa tabe olmadığına görə, ölkə hərb cəbhəsində uğursuzluğa düçar olurdu. Daxili İşlər Nazirliyi nəzdində yaradılan Xüsusi Təyinatlı Polis Dəstələrinin (XTPD) vəzifəsi ordu quruculuğuna qədər düşmənin hücumlarının qarşısını almaq idi. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, həmin dəstələr hərb cəbhəsində müəyyən fəaliyyət göstərsələr də, sonrakı mərhələdə sırf siyasi proseslərə müdaxilə etməyə başladılar. Aydındır ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra vahid ordu quruculuğu çox ciddi bir məsələ kimi qarşıda dururdu. Ümummilli lider Heydər Əliyev bununla bağlı zamanında çox vacib addımlar atdı".

Mübariz Qurbanlının fikrincə, bu amillərlə yanaşı vahid ordu quruculuğu istiqamətində atılan addımlara müqavimət göstərən dəstələr də var idi. Həmin qruplaşmalardan biri də XTPD idi: "Həmin qüvvələrin daxilində vətən uğrunda kifayət qədər xidmət göstərmiş insanlarla bərabər siyasiləşmiş qruplar, müəyyən siyasi dəstələrə xidmət göstərmək istəyənlər də yer tutmuşdu. Hətta onların bəziləri müəyyən qurumların təsiri ilə başqa-başqa hərəkətlərə yol verirdilər. Belə bir şəraitdə ordunu, daxili intizamı möhkəmləndirmək zərurəti yaranmışdı. Ümummilli liderimiz dövlət quruculuğu sahəsində davamlı olaraq bir-birini əvəz edən ciddi addımlar atırdı və bu addımlara müqavimət özünü büruzə verirdi".

Mübariz Qurbanlı deyir ki, 1995-ci ilin mart ayında ulu öndər Heydər Əliyev prezident səlahiyyətindən istifadə edərək XTPD-nin ləğv edilməsi ilə bağlı sərəncam verdikdə bəzi xarici dairələr bu qurumun nümayəndələrinə dəstək olduqlarını bildirərək Azərbaycan hakimiyyətinə təzyiq göstərmək istədilər. Ancaq ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində bu problem də həll edildi. Ölkədə qanunçuluq bərqərar oldu. Ən başlıcasısa silah yolu ilə siyasi hakimiyyətə gəlmə cəhdinin qarşısı alındı.

17 il öncə hər kəsin gözü önündə baş vermiş məlum hadisələrin indi təhrif edilərək xalqa çatdırılması arzuolunan məsələ deyil. Çünki tarixi saxtalaşdırmağın özübir cinayətdir. Deputatın sözlərinə görə, bu hadisələrdən hələ də bəziləri ibrət dərsi götürməyib: "Bəzi dairələr 1994-1995-ci il hadisələrini təhrif olunmuş şəkildə verməyə cəhd göstərirlər. Ölkənin bəzi müxalifətyönümlü mətbu orqanlarında o dövrün hadisələrini təhrif edən yazılar dərc edilir. Həmin vaxtda Müdafiə Nazirliyində çalışmış bir şəxs şahidi olduğumuz hadisələri indi bizə başqa formada təqdim etmək istəyir. 1995-ci ilin mart hadisələrində Azərbaycanda möhkəm bir dövlətin quruculuğu, vahid ordu yaradılması istiqamətində ciddi bir uğura nail ola bildikbu uğurun nəticələri sonrakı mərhələdə müsbət mənada özünü daha aydın şəkildə göstərdi".

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov bildirdi ki, 1995-ci ilin martında dövlət çevrilişinə edilən cəhd, məkrli qüvvələrin hakimiyyətə silah gücü ilə gəlmək niyyəti Azərbaycan üçün heçyenilik deyildi. Mart hadisələrinin baiskarları bundan əvvəl, 1994-cü ilin oktyabrında bir dəfə hakimiyyətin zorla dəyişdirilməsinə cəhd etmişdilər. Lakin yaddan çıxarmışdılar ki, hakimiyyətdə AXC-Müsavat cütlüyü yox, böyük siyasətçi, xalqın əzmkar lideri Heydər Əliyevdir.

Alış Qasımovun sözlərinə görə, 1995-ci ilin mart olayları Azərbaycanın sabit inkişafislahatlar yoluna qədəm qoyduğu dövrə təsadüf edirdi. Bu hadisələr Azərbaycanda dövlət quruculuğunun ilk praktik uğurlarının önünü kəsməyə yönəlmiş cəhd idi. 1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi" 1995-ci ildə reallaşmağa başlanacaqdı. Xarici investorlarla daha bir iri neft müqaviləsi hazırlanır, ölkənin sosial-iqtisadi inkişafını müəyyənləşdirən perspektivlər nəzərdən keçirilirdi. Eyni zamanda 1995-ci ilin payızında ölkə konstitusiyası qəbul edilməli, yeni parlament seçkiləri keçirilməli, bir sözlə, Azərbaycanda hüquqi, demokratik dövlətin inkişafı dönməz xarakter almalı idi.

1994-cü ilin oktyabrında bədnam niyyətləri və planları baş tutmayan cinayətkar ünsürlər, Azərbaycanın müstəqilliyini öz çirkin məqsədlərinə qurban verməyə hazır olanlar, respublikamızı başqa dövlətlərin himayəsində görmək, hətta onu quberniyalara belə bölmək istəyənlər bundan dərin təşviş və narahatlıq keçirirdilər. Amma onlar oktyabr hadisələrindən ibrət götürmədilər. Əksinə, məkrli niyyətlərini həyata keçirmək üçün planlar qurdular.

Lakin bu planlar da Heydər Əliyev qətiyyətinin və xalqın öz rəhbəri ətrafında sıx birləşməsinin qarşısında puç oldu, həyata keçmədi. 1995-ci ilin mart ayında xüsusi təyinatlı polis dəstəsinin törətdiyi dövlət cinayətləri xalqımıza müəyyən zərbələr vursa da, qan tökülsə də, müstəqil Azərbaycan dövlətçiliyini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi, qanunsuz zor işlətməyin mənasızlığını sübut etdi. Həmin hadisələr xalqın ulu öndər Heydər Əliyevə sonsuz məhəbbətini, milli həmrəyliyini, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiyaqanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi.

1995-ci ilin mart olaylarından sonra Azərbaycanda hərbi müxalifət anlayışına birdəfəlik son qoyuldu. Bu mənada 1995-ci ilin mart hadisələrini müstəqil Azərbaycan dövlətçiliyini iflasa uğratmaq istəyən bədnam qüvvələrin sonuncu uğursuz çarpışması da saymaq olar. Həmin il Azərbaycan dövləti sabit inkişaf yoluna daxil oldu, yeni Konstitusiyanın layihəsi hazırlandı, Milli Məclisə ilk seçkilər keçirildi. Bu gün Azərbaycanda yaşanan iqtisadi yüksəlişi, demokratik dünyaya inteqrasiya üfüqlərinin təməlini o günlərdə Heydər Əliyev dühasının əzəmətində, onun ən kritik anlarda nümayiş etdirdiyi qətiyyət və bacarıqda axtarmaq lazımdır.

Professor Alış Qasımov onu da qeyd etdi ki, aradan illər ötübmart hadisələrinin təşkilatçıları və iştirakçısı olmuş şəxslər ədalət mühakiməsi qarşısında dayanaraq öz haqlı cəzalarını alıblar. Əksəriyyəti ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mərhəməti sayəsində əfv olundular. 17 il öncə ölkədəki siyasi sabitliyi, vətəndaş həmrəyliyini pozmağa çalışan təxribatçılar məhz dövlət başçısının humanistliyindən bəhrələndilər. Artıq ölkəmizdə heç bir qüvvə daxili sabitliyi pozmağa, vətəndaş itaətsizliyi yaratmağa, dövlət çevrilişi etməyə cəhd göstərə bilməz. Çünki bütün bu məkrli niyyətlərin qarşısında ulu öndər Heydər Əliyevin qurduğuPrezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti, bu dövlətə və onun rəhbərinə bağlı xalq var!

Mövzu ilə bağlı  Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədr müavini Arzuman Muradlı ilə də söhbət etdik. O bildirdi ki, istər 1993-cü ildə Azərbaycanın parçalanmasına yönəlmiş cəhdlər,  istərsə də 1994-cü ilin oktyabrında  və 1995-ci ilin martında hakimiyyət çevrilişi cəhdləri Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən antimilli şəbəkənin planları idi. Ağır və kəşməkəşli 1991-1993-cü illəri, müstəqilliyimizin hələ kövrək olduğu dövrü hamımız yaxşı xatırlayırıq. Bir tərəfdən ölkədə cərəyan edən hakimyyət çəkişmələri və bunun nəticəsi olaraq separatizm dalğasının genişlənməsi, cinayətkarlığın baş alıb getməsi, anarxiya, digər tərəfdən isə Ermənistanın hərbi təcavüzü az qala o illərdə müstəqilliyimizin itirilməsinə və Azərbaycan dövlətçiliyinin süqut etməsinə gətirib çıxaracaqdı. Bu isə antiazərbaycançı şəbəkənin maraqlarına tam uyğun idi.

Arzuman Muradlı dedi ki, ölkədə siyasi hakimiyyətin fəaliyyəti tamamilə iflic olduğu, vətəndaş qırğını təhlükəsinin yarandığı belə bir vəziyyətdə xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev qətiyyətlə, siyasi uzaqgörənliklə, əsl liderə xas keyfiyyətləri ilə respublikada yaranmış son dərəcə gərgin vəziyyətin normallaşdırılmasına, vətəndaş müharibəsinin, Azərbaycan dövlətinin parçalanmasının qarşısının alınmasına nail oldu, milli birliyə aparan siyasəti  həyata keçirməyə başladı: "Ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında demokratik yolla, alternativ əsasla Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkə həyatında yeni mərhələ başladı. Bu, dövlət idarəçiliyindəki boşluqların aradan qaldırılmasından tutmuş, cəbhədə həyata keçirilən uğurlu döyüş əməliyyatlarına, ərazilərin işğaldan azad edilməsinə, ölkədə qanunçuluğun möhkəmləndirilməsinə qədər özünü göstərirdi. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyimizin əsaslarını möhkəmləndirir, ölkə vətəndaşlarının sabaha olan inamını artırırdı. 1994-cü ilin may ayında cəbhədə atəşkəs elan edilməsi, sentyabr ayında isə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın qədəm qoyduğu inkişaf dövrünün başlanğıcı idi".

Arzuman Muradlının sözlərinə görə, Azərbaycan cəmiyyətinin inkişafına, iqtisadiyyatın dirçəlməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə aparan siyasətin bərqərar olmasından təşvişə düşən antiazərbaycançı şəbəkə yeni planları işə saldı: "1994-cü  ilin oktyabrında dövlət çevrilişinə cəhd edilsə də, Heydər Əliyevin qətiyyəti və xalqın ulu öndərin ətrafında sıx birləşməsi nəticəsində bu plan iflasa uğradı. Lakin antiazərbaycançı şəbəkənin sifarişlərini yerinə yetirən cinayətkar ünsürlər bundan dərs götürmədilər və 1995-ci ilin martında yenə də düşmən dəyirmanına su tökmək istədilər.  1994-cü ilin oktyabrında olduğu kimi, 1995-ci ilin martında da dövlət çevrilişi cəhdinin qarşısını ulu öndər Heydər Əliyev - xalq birliyi aldı. Bu hadisələrin qarşısının alınması Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin, milli maraqlarının qorunmasının və gücləndirilməsinin möhkəm əllərdə olduğunu göstərdi. Digər tərəfdən, vətəndaşların dövləti və Prezidenti necə böyük fədakarlıqla müdafiə etdiyi bütün dünyaya bəyan olundu. Xalqın Prezident ətrafında birləşməsi isə ona olan böyük inamsevgini, monolit birliyi göstərdi. Heydər Əliyev siyasi kursuna etimadını illər öncəsi müəyyənləşdirən xalq 1995-ci ilin mart hadisələrində ulu öndərin ətrafında sıx birləşməklə bu seçimin əbədiliyini nümayiş etdirdi. Heydər Əliyevin prinsipial mövqeyi, dəmir iradəsi, qətiyyəti, ən əsası, xalqın öz liderinin müdafiəsinə qalxması dövlətçiliyə yönəlmiş bütün qəsdləri puça çıxardı".

 

 

Rəşad CƏFƏRLİ,

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 15 mart.- S. 8.