Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul etmişdir.

Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və yaxşı əməkdaşlığımızın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı xarici işlər naziri Guido Vestervellenin ölkəmizə səfərinin tərəfdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. 

Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelle ölkəmizdə keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Diplomatik əlaqələrimizin bu il 20 ilinin tamam olduğunu vurğulayan Almaniyanın xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 1.