Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşaviriniiqtisadiregional inkişaf nazirini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Serbiya Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri xanım Biserka Yeftimiyeviç-Drinyakoviçiiqtisadiregional inkişaf naziri Neboyça Çiriçi qəbul etmişdir.

Xanım Biserka Yeftimiyeviç-Drinyakoviç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlətimizin başçısına çatdırdı. O dedi ki, Serbiya Prezidenti Azərbaycanın Şərqi AvropaBalkan regionunda yürütdüyü konstruktiv siyasətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir. Serbiya Prezidentinin Bakıya və Azərbaycan Prezidentinin Belqrada səfərlərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından faydalı olduğunu deyən qonaq əməkdaşlığımızın möhkəmləndirilməsində  yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Serbiya Prezidenti Boris Tadiçlə keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında bu görüşlərin vacib rol oynadığını dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı. Dövlətimizin başçısı iqtisadi sahədə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Prezident İlham Əliyev Serbiya Prezidenti Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 1.