Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 6, maddə 472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980; Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 237-IVQD və 256-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 200.1-ci maddənin:

 

1.1. dispozisiyasında "təşkilatlar" sözü "təşkilatlarda" sözü ilə əvəz edilsin;

1.2. sanksiyasında "yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya səksən" sözləri "üç min manatdan beş min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx" sözləri ilə əvəz edilsin.

2. 200.2-ci maddənin sanksiyasında "üç yüz manatdan altı yüz" sözləri "beş min manatdan yeddi min" sözləri ilə əvəz edilsin.

3. 200.3-cü maddənin sanksiyasında "beş yüz manatdan min" sözləri "yeddi min manatdan doqquz min" sözləri ilə əvəz edilsin.

4. 200-cü maddənin "Qeyd" hissəsində "qırx manat" sözləri "qırx manatdan beş yüz manatadək" sözləri ilə, "qırx manatdan" sözləri "beş yüz manatdan" sözləri ilə əvəz edilsin.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 16 mart.- S. 2.