Əli Həsənov:
“Şəxsi həyatın
toxunulmazlığı hüququnu pozanlar məsuliyyətə
cəlb olunmalıdırlar”
"Hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığı hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub və heç kimin şəxsi həyatına müdaxilə edilə bilməz". Bu sözləri APA-ya açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdirinin sözlərinə
görə, kimin tərəfindən törədilməsindən
asılı olmayaraq, baş vermiş bütün belə
hallarla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir
və görür: "Şəxsi həyatın
toxunulmazlığı fundamental insan hüquqlarından
biridir. Bu hüququ pozanlar qanunla müəyyənləşdirilmiş
qaydada məsuliyyətə cəlb olunmalıdırlar.
Jurnalist Xədicə İsmayılovanın məsələsinə
gəldikdə isə, deyə bilərəm ki, biz bu halı
pisləyirik və vəzifəsindən, sosial statusundan
asılı olmayaraq, insanlara qarşı belə
davranışı yolverilməz hesab edirik. Hazırda bu məsələ
ilə əlaqədar müvafiq orqanlar tərəfindən
araşdırma aparılır və nəticə barədə
əlavə məlumat veriləcək".
Azərbaycan.- 2012.- 16 mart.- S. 5.