İcazələrin elektron informasiya
portalının təqdimatı
olmuşdur
Martın 15-də İqtisadi İnkişaf Nazirliyi
(İİN) icazələrin elektron informasiya portalını dövlət
orqanlarının, yerli
və beynəlxalq təşkilatların nümayəndələrinə,
sahibkarlara təqdim etmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə
keçirilən mərasimdə
iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda sahibkarlığın
inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması
istiqamətində görülmüş
tədbirlər barədə
məlumat vermişdir.
Sahibkarlığın inkişafının Azərbaycanda
iqtisadi siyasətin prioritetlərindən olduğunu
söyləyən nazir
müavini bildirmişdir
ki, hazırda istehsal olunan ümumdaxili məhsulun 80 faizindən çoxu özəl bölmənin
payına düşür.
Nazir müavini demişdir ki, Prezident İlham
Əliyevin "Müəyyən
sahibkarlıq fəaliyyəti
növləri ilə məşğul olmaq üçün tələb
edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında"
2011-ci il 26 oktyabr tarixli fərmanına əsasən
yaradılmış portal özəl
bölmənin inkişafına
dövlət dəstəyinin
daha bir təzahürüdür. Yeni sayt
informasiya-kommunikasiya texnologiyaları
sahəsində qabaqcıl
nailiyyətlərin geniş
tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə
bağlı məlumatlılıq
səviyyəsinin yüksəlməsini
və bu sahədə şəffaflığın
daha da artırılmasını
təmin edəcəkdir.
Tədbirdə bildirilmişdir ki,
İİN və Beynəlxalq
Maliyyə Korporasiyasının
birgə əməkdaşlığı
ilə yaradılmış
www.icazeler.gov.az saytı İsveçrənin
İqtisadi Məsələlər
üzrə Dövlət
Katibliyinin maddi yardımı ilə formalaşmışdır.
Tədbirdə çıxış edənlər
icazə sənədləri
ilə bağlı vahid məlumat portalının yaradılmasının
sahibkarlıq fəaliyyətinin
genişləndirilməsində, bu sahədə məlumatlılıq səviyyəsinin
və şəffaflığın
artırılmasında əhəmiyyətini
vurğulamışlar.
Sonra İİN-in sahibkarlığın inkişafı
siyasəti şöbəsinin
müdiri Zaur Qasımov www.icazeler.gov.az saytı
barədə ətraflı
məlumat vermişdir.
Bildirilmişdir ki, sahibkarlara icazə sənədlərinin
alınması prosedurları
və bu sənədləri verən
dövlət orqanları
haqqında vahid mənbədən məlumat
almaq imkanı verən internet saytı 7 bölmədən ibarətdir. Saytda icazə
sənədlərinin növü
üzrə axtarış
sistemi yaradılmışdır
ki, bu da
məlumatın asan tapılmasına imkan verəcəkdir. Portaldakı "Sahibkarlıq sahəsinə
aid qanunvericilik aktlarının
layihələri" xidmət
bölməsində yerləşdirilmiş
mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının sahibkarlıq
sahəsinə aid hazırladığı
qanunvericilik aktları
layihələrinin mətni
bir ay müddətində
saxlanılacaqdır.
Sonda sahibkarların
saytla bağlı sualları cavablandırılmışdır.
Azərbaycan.- 2012.- 16 mart.- S. 7.