İrlandiyanın Prezidenti zati-aliləri cənab Maykl Higginsə

 

 Hörmətli cənab Prezident!

 

İrlandiyanın milli bayramı - Müqəddəs Patrik günü münasibətilə Sizibütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-İrlandiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 1.