B.Ə.Muradovanın Şöhrət ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Bahar Əvəz qızı Muradova "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 1.