Sosial xidmət haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. dörd ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin qanunun 7.1.4-cü maddəsində nəzərdə tutulmuş xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi qaydasını təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.5. həmin qanunun 12.5-ci maddəsində nəzərdə tutulmuş çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmini müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin qanunun 15.1.3-cü maddəsində nəzərdə tutulmuş sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə verilən pul kompensasiyasının məbləğini müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş evdə (səyyar) sosial xidmətin göstərilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydasını və sosial xidmət haqqının məbləğini müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.10. həmin qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fizikihüquqi şəxslərə, o cümlədən  qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin qanunun 7.1.4-cü maddəsində ikinci halda, 10.1-ci maddəsinin birinci cümləsində, 10.2-ci və 10.3-cü maddələrində, 11.3-cü maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin birinci cümləsində, 13.1-ci maddəsinin birinci cümləsində, 16-cı və 28-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.12. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsində birinci halda, 7.2-ci, 12.5-ci, 13.2-ci, 15.1.3-cü, 19.1-ci, 25.3-cü və 26-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ hüquqinormativ xarakterli aktlar "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən tez olmayaraq qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 17 mart.- S. 2.