Erməni
yalanlarını ifşa edən daha bir monoqrafiya
çapdan çıxmışdır
Gəncə Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun erməni yalanlarını ifşa edən "Erməni məsələsi: xəyanəti, deportasiyanı və işğalı pərdələyən yalan" monoqrafiyası çapdan çıxmışdır. 10 ildən artıq Türkiyədə yaşayan və qardaş ölkənin arxivlərində Osmanlı tarixini araşdıran, eləcə də Amerika, İngiltərə, Fransa və Almaniyaya aid toplanmış mənbələrdən istifadə edən müəllif Azərbaycan tarixinin çox aktual bir probleminə aydınlıq gətirməyə çalışmışdır. Monoqrafiyada Azərbaycanın əzəli torpaqları olmuş indiki Ermənistandan soydaşlarımızı soyqırımı ilə departasiya etmiş, bu gün ərazilərimizin 20 faizini işğal altında saxlayan, cinayətkar əməllərini yalanlarla pərdələyərək xristian təəssübkeşlərinin köməyi ilə dünyaya qəbul etdirməyə çalışan ermənilərin saxta tarixinə işıq salınmışdır.
Ümumilikdə 10 fəsildən, 573 səhifədən ibarət olan kitabda tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı etdiyi xəyanətlər, əsassız ərazi iddiaları ilə bəşəriyyət tarixində misli görünməmiş cinayətkar əməllər törətmiş ermənilərin 150 ildən artıq bir dövrdə həyata keçirdikləri soyqırımı faktları olduğu kimi təqdim edilmiş və arxiv materiallarına əsaslanmışdır.
Respublikamızın bir qrup aparıcı tarixçi
aliminin müsbət rəyi ilə
işıq üzü görmüş
kitab geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
Azərbaycan.- 2012.- 17 mart.- S. 9.