Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolaye Timoftiyə

 

 Hörmətli cənab Prezident!

 

Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

 

 

Hörmətlə,

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 18 mart.- S. 1.