“Azərbaycan Respublikası
hökuməti və Rusiya Federasiyası
hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan
Respublikasındakı diplomatik nümayəndəliklərinin
yerləşdirilməsi üçün
qarşılıqlı olaraq daşınmaz
əmlakın ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında" 2012-ci il yanvarın 19-da Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 mart 2012-ci il
Azərbaycan.- 2012.- 18 mart.- S. 1.