2012-ci il fevralın 15-də Şamaxı şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının Vergilər Nazirliyi və
Beynəlxalq Antikorrupsiya Akademiyası
arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il fevralın 15-də Şamaxı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Antikorrupsiya Akademiyasını xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 mart
2012-ci il
Azərbaycan.- 2012.- 18 mart.- S. 1.