Gender probleminin həllində
Azərbaycan Şərqi Avropa ölkələri
üçün nümunə ola bilər
Azərbaycanda qadınların cəmiyyətdəki rolu çox yüksək səviyyədədir. Ölkədə qadınların inkişafı və uğur qazanmaları üçün dövlət tərəfindən geniş imkanlar yaradılmışdır.
Bu sözləri Azərbaycanda səfərdə olan İsveçin "Qadın və cəmiyyət" təşkilatının təmsilçisi, Stokholm Şəhər Şurasının üzvü, sabiq deputat Marianne Vatz demişdir.
M.Vatz bildirmişdir ki, Azərbaycanda qadınlar həm hökumətdə, həm də parlamentdə təmsil olunurlar. Bu isə onların fəallığı üçün hər cür şəraitin yaradılmasından xəbər verir. Biz Ukrayna, Moldova, Polşa, Rusiya və başqa ölkələrdə olmuşuq və qadınların vəziyyəti, ictimai-siyasi həyatdakı rolu, onlara qarşı münasibətin hansı vəziyyətdə olduğunu öyrənmişik. Deyə bilərəm ki, gender probleminin həllində Azərbaycan Şərqi Avropa və MDB ölkələri üçün nümunə ola bilər. Görüşdüyümüz qadınlar bizdə xoş təəssürat yaratdılar. Onlar çox geniş dünyagörüşünə və dərin biliklərə malikdirlər. Buna görə də gələcəkdəki əməkdaşlığımızın faydalı olacağını düşünürəm.
AzərTAc
Azərbaycan.- 2012.- 18 mart.- S. 3.