Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Yoaxim Qauka

 

 Hörmətli cənab Prezident!

 

Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Biz Azərbaycan-Almaniya münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz xalqlarımız arasındakı mövcud dostluq əlaqələri istər ikitərəfli qaydada, istərsə Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində əməkdaşlığımıza daim öz töhfəsini verməkdədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə fəal əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da öz inkişafını müvəffəqiyyətlə davam etdirəcək möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

 

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 3.