Tunis Respublikasının Prezidenti zati-aliləri cənab Munsef əl-Mərzuqiyə

 

 Hörmətli cənab Prezident!

 

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram.

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 3.