Milli Məclisdə uşaq hüquqları haqqında dinləmələr keçirilmişdir

 

 Martın 19-da Milli Məclisdə "Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı" mövzusunda dinləmələr keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri Milli Məclisin Sosial siyasət komitəsi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "İrəli" İctimai Birliyi və "Save the children" (Uşaqların xilası) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə təşkil etmişdir.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda gənc ailələrə, uşaqlara, yeniyetmələrə və gənclərə göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, Azərbaycan uşaq hüquqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzindədir. Rəsmi Bakı bu beynəlxalq Uşaq hüquqları Konvensiyasına qoşulmuş, Milli Məclisdə uşaq və gənclərlə bağlı bir sıra vacib qanunlar qəbul edilmişdir.

Dinləmələr zamanı Azərbaycanın müxtəlif məktəblərindən seçilmiş 30-a yaxın nümayəndə çıxış etmiş, təkliflər səsləndirmişlər. Deputatlar, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, uşaq hüquqları üzrə ekspertlər çıxış etmiş, uşaqların təkliflərinə öz münasibətlərini bildirmişlər.

Sonda Hadi Rəcəbli bildirmişdir ki, bütün təkliflər bir daha nəzərdə keçiriləcək, məqbul sayılanlar gələcəkdə qanun yaradıcılığında nəzərə alınacaqdır.

 

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 3.