Mehriban ƏLİYEVA: Əminəm ki, qarşıdakı müsabiqə bir çoxlarına Azərbaycanı daha yaxşı tanımağa, onun tarixi və mədəniyyəti ilə tanış olmağa kömək edəcək

 

 Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban ƏLİYEVA Trend agentliyinin suallarını cavablandırır

 

- İlk növbədə, icazə verin, Sizi Novruz bayramı münasibətilə təbrik edək. Artıq mart ayının sonlarıdır və Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin başlamasına çox az vaxt qalır. Müsabiqənin yaxınlaşması Sizin üçün nə deməkdir: çoxları üçün olduğu kimi, fərəhli bayram gözləntisi, yaxud ağır, gərgin ?

- Bu gün biz hamımız böyük ümumavropa musiqi bayramının gözləntisindəyik. Musiqi dili milliyyətindən və etiqadından asılı olmayaraq hamıya aydındır. Və bu, çox rəmzidir ki, həmin may günlərində müxtəlif ölkələrin musiqi nümayəndələri müxtəlif musiqi üslubları ilə bir səhnədə dayanacaqlar və müxtəlif dillərdə mahnılar səsləndirəcəklər. Bu müsabiqənin ölkəmizdə keçirilməsi faktının özü duetimizin qazandığı parlaq qələbənin nəticəsi, eləcə də ifaçıların özlərinin, onların qalib çıxışının hazırlanmasında iştirak edənlərin böyük uğurudur. Lakin bu gün qarşımızda artıq başqa tapşırıq durur: "Eurovision 2012"-ni layiqli keçirmək. Bu, müsabiqənin iştirakçılarının, qonaqların, tamaşaçıların əksəriyyəti üçün ölkəmizlə ilk tanışlıq olacaq. Əminəm ki, qarşıdakı müsabiqə bir çoxlarına Azərbaycanı daha yaxşı tanımağa, onun tarixi və mədəniyyəti ilə tanış olmağa kömək edəcək. Çoxsaylı qonaqlarımız görəcəklər ki, Bakı necə gözəldir, tarixi və mədəniyyət abidələrini ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar. İnanıram ki, onların əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan Azərbaycan barədə şəxsi təsəvvürlərini formalaşdıracaqlar. Və bir çoxları Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar. Axı, "Öz məşəlini alovlandır" sözləri nahaq yerə müsabiqəmizin devizi olmayıb. Lakin bununla yanaşı, belə irimiqyaslı hadisəyə hazırlıq nəhəng işdir. Məsələn, 2020-ci il Olimpiya Oyunlarının harada keçiriləcəyi artıq bu gün həll edilir. Növbəti "Eurovision" müsabiqəsinin harada keçiriləcəyi isə ondan əvvəlki müsabiqənin son dəqiqələrində məlum olur. Yeni ölkəyə müsabiqəyə hazırlıq üçün bir il vaxt verilir. Və bu müddət ərzində bir çox işlərin öhdəsindən gəlmək lazımdır. Məhz buna görə də biz müsabiqəyə qələbəmizin ilk günlərindən sonra hazırlaşmağa başladıq. Müsabiqənin uğurla keçirilməsi məqsədilə dövlət idarələrinin zəruri işlərinin əlaqələndirilməsi ilə bağlı məsələlərin həllinə dəstək göstərmək üçün dərhal müsabiqənin təşkilat komitəsi yaradıldı. Təşkilat komitəsi hazırda işçi qrupla sıx əlaqədə işləyir. İndi həmin artıq başa çatmaq üzrədir. Və müsabiqənin başlanmasına həqiqətən də, çox az vaxt qalır.

- Mehriban xanım, bəs Siz özünüz "Eurovision" müsabiqəsinə hazırlığın keyfiyyətini necə qiymətləndirirsiniz?

- "Eurovision" müsabiqəsinə hazırlığın səviyyəsi və keyfiyyəti barədə yalnız müsabiqənin başa çatmasından sonra mühakimə yürütmək olar. Amma hələlik ən etibarlı və obyektiv meyar, fikrimcə, Avropa Yayımları Birliyinin nümayəndələrinin və ekspertlərinin fikirləridir. Onlar ölkəmizin ümumavropa mahnı müsabiqəsinə hazırlıq səviyyəsini çox yüksək qiymətləndirirlər. Və doğrudan da, az görülməyib. Təşkilat komitəsinə daxil olan idarələrin qarşısında şəhər infrastrukturlarının modernləşdirilməsinə, kommunikasiya texnologiyalarının genişləndirilməsinə, qonaqların və müsabiqə iştirakçılarının rahat yerləşdirilməsinə istiqamətlənmiş konkret tapşırıqlar qoyulub. Mövcud hotellərin vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, paytaxtda yeni mehmanxanalar tikilir, avtomobil magistrallarının yaxşılaşdırılması üzrə işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, müsabiqə iştirakçıları və qonaqlar üçün vizaların alınması prosesi sadələşdirilib. Daha doğrusu, ölkədə bu müsabiqənin layiqincə qəbul edilməsi və təşkil olunması üçün mümkün olan hər şey edilir.

- Mehriban xanım, Siz "Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsinin Azərbaycanı dünyaya tanıtmaq, müsabiqə iştirakçılarını və qonaqları ölkəmizin keçmişibu günü ilə tanış etmək, onlarda Azərbaycan haqqında təsəvvürlərin formalaşması üçün daha bir şans olduğunu qeyd etdiniz. Bəs, ölkəmiz müsabiqənin qonaqlarını və iştirakçılarını necə və nə ilə qarşılayacaq?

- Müsabiqənin keçiriləcəyi yer haqqında daha ətraflı danışmaq istərdim. Bildiyiniz kimi, Bakı şounun keçirilməsi üçün üç yer təqdim etmişdi. Onlardan biri "Bakı Kristal Zalı" idi. Habelə, qeyd etməyə dəyər ki, "Bakı Kristal Zalı" 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üzrə ölkəmizin verdiyi ərizə çərçivəsində idman arenalarının siyahısına daxil edilib. "Bakı Kristal Zalı" Dövlət Bayrağı Meydanının lap yaxınlığında yerləşir və oradan şəhərin möhtəşəm mənzərəsi açılır. Bu kompleks Cənubi Qafqazda ən böyük idman-konsert arenası olacaq. Onun arxitekturası Şərqlə Qərb arasında körpüdür. Bu binanın divarlarına çoxsaylı kristallar bərkidiləcək və onlarda işığın rəqsi tamamilə təəccüblü vizual effektlər yaradacaq. Əminəm ki, həm yerli, həm də xarici mütəxəssislərin səyləri sayəsində bu möhtəşəm arenanın tikintisi vaxtında başa çatdırılacaq. Kompleksin yanında bu müsabiqəni işıqlandırmaq istəyən jurnalistlər üçün mətbuat mərkəzi yerləşəcək. Şəhərin müxtəlif yerlərində böyük teleekranlar quraşdırılacaq və bu teleekranlar vasitəsilə müsabiqəni izləmək mümkün olacaq. "Eurovision" ilə eyni vaxtda digər mədəni tədbirlər də keçiriləcək. Bu gün həmin tədbirlərin siyahısı dəqiqləşdirilir. Müsabiqə başlayanadək Dövlət Bayrağı Meydanına qədər uzanacaq "Yeni bulvar"ın tikintisi başa çatdırılacaq.

- Mehriban xanım, söhbət "Yeni bulvar"ın tikintisindən düşmüşkən, son həftələr KİV-də, o cümlədən Avropa ölkələrində iddia edildiyinə görə "Eurovision"a hazırlıqla bağlı evlərin sökülməsi nəticəsində yaranan problemə, yəni, bu evlərin sakinlərinin narazılığına böyük diqqət ayrılması barədə soruşmaya bilmərəm...

- Bəli, mən KİV-nin bu materialları ilə tanışam. Çox təəssüf ki, qarşıdakı müsabiqəyə həsr edilmiş məqalələrin müəlliflərinin heç hamısı ümumiyyətlə, yazmağa başladıqları məsələ haqqında kifayət qədər səriştəli deyil. Hər şeydən əvvəl, bir daha qeyd etmək istəyirəm: evlərin sökülməsinin "Eurovision"a hazırlıqla heç bir əlaqəsi yoxdur. Bu gün doğma Bakımızın mənzərəsi dəyişir, paytaxtda yeni parklar salınır, yollar çəkilir, yaşayış ofis kompleksləri ucaldılır. Bu yenidənqurma işləri duetimiz "Eurovision"da qələbə qazanmazdan əvvəl başlayıb müsabiqə başa çatdıqdan sonra da davam edəcək. Buna görə bu məsələnin "Eurovision" ilə heç bir əlaqəsi yoxdur. Lakin belə miqyaslı işlərin həyata keçirilməsi zamanı, mütəxəssislərin dediyi kimi, çox vaxt torpaqların özgəninkiləşdirilməsinə mənzillərin, xüsusilə, çox köhnə, komfortsuz, azmərtəbəli, müasir tələblərə cavab verməyən mənzillərin sökülməsinə zərurət yaranır... Belə hallar baş verib, baş verir sizi inandırım ki, praktiki olaraq yeni yolların çəkildiyi, evlərin tikildiyi ya yeni metro xətlərinin çəkildiyi hər yerdə baş verəcək. Əmin edirəm ki, Azərbaycanda hər şey qanuna uyğun edilir. Evləri sökülən sakinlərə kompensasiya ödənilir, onlara yeni mənzillər təklif edilir. Çoxlu sayda ailələrin köçürülməsi zamanı narazı qalanlar da mütləq olacaq. Bu, həm obyektiv, həm subyektiv amillərlə bağlıdır. Harada isə onlarla şəxslərdən bazarla müəyyən edilmiş kompensasiyanın həcmindən razı qalmayan bir nəfər olacaq, halbuki kompensasiya onlara bərabər həcmdə ödənilir. Köçürülmə zamanı kömək göstərilməsində ya müvafiq şəraitin yaradılmasında kifayət qədər nəzakətli olmayan aşağı rütbəli məmurların lüzumsuz hərəkətlərə cəhdi ola bilər. Belə hallar təbii ki, tutduğu vəzifədən asılı olmayaraq, qarşısında hamının eyni olduğu qanuna uyğun nəzərdən keçirilməlidir.

Fikrimcə, burada "orta yanaşma" qəbuledilməzdir. Üstəlik, böyük səs-küy xətrinə bu problemi evlərin sökülməsi ilə əlaqəsi olmayan "Eurovision"la bağlamaq xoş hal deyil. Hətta Avropa Yayımları Birliyi olduqca hörmətli nüfuzlu xarici KİV-i rəsmən xəbərdar etmişdi ki, "Eurovision" müsabiqəsi haqqında qeyri-obyektiv qərəzli materiallar yaymaq lazım deyil. Üstəlik, bu proseslərə siyasi məna vermək cəhdi heyrətləndirir məyus edir. Kimlər üçün Avropa estrada mahnı müsabiqəsi böyük gözəl bayramdır, digərləri üçün isə siyasi təxribat yaratmaq bəhanəsidir. Buna hazır olmaq lazımdır. Lakin mən əminəm: bizim daha 40-dan artıq iştirakçı ölkənin bayramını korlamaq alınmayacaq. Xüsusən, xoşdur ki, vətəndaş cəmiyyətində bütün vətəndaşları ölkədə müsabiqənin keçirilməsini dəstəkləməyə çağıran gənclərin təşəbbüsü başlayıb bu çağırış çoxsaylı tanınmış insanlar arasında dəstəyini tapıb. Bu mövqe vətəndaşlarımızın Azərbaycanda müsabiqənin keçirilməsinə əsl münasibətini daha yaxşı nümayiş etdirir.

- Siz qeyd etdiniz ki, Bakıda keçiriləcək "Eurovision 2012"- 40-dan artıq ölkə iştirak edəcək. Bəziləri ifaçının adını müsabiqədəki mahnını müəyyənləşdirib, digərləri hələ finaladək son günləri istifadə edir. Bir neçə gün əvvəl mətbuatda məlumat yayıldı ki, Ermənistan "Eurovision"da iştirakdan imtina edib, çünki bu müsabiqə Azərbaycan paytaxtında keçirilir.

- Məndə fikrimcə, çoxlarında erməni tərəfinin belə qərarı anlaşılmazlıq yaradır. Avropa Yayımları Birliyi Azərbaycan hakimiyyəti dəfələrlə təsdiq ediblər ki, Ermənistan daxil olmaqla, bütün ölkələrin müsabiqə təmsilçilərinin qonaqların təhlükəsizliyinə zəmanət verilir. Ermənistanın rəsmi nümayəndə heyətləri beynəlxalq görüşlərdə, konfranslarda, forumlarda idman yarışlarında iştirak etmək üçün bir neçə dəfə Azərbaycana gəliblər Azərbaycan hakimiyyəti bu ölkənin nümayəndə heyəti üzvlərinin təhlükəsizliyini həmişə təmin edib. mən şübhə etmirəm ki, "Eurovision" müsabiqəsində ermənistanlı qonaqlar iştirakçıların təhlükəsizliyi həmişə olduğu kimi, tam təmin ediləcək idi. Lakin Yeravanda əvvəlcə vəd verdilər ki, müsabiqədə iştirak edəcəklər, təhlükəsizlik zəmanəti tələb etdilər, bu zəmanəti aldılar, lakin sonradan bəyan etdilər ki, "Eurovision"da iştirak etməyəcəklər. Hesab edirəm ki, bu, həm müsabiqə iştirakçılarına, həm Ermənistanın müsabiqədə təhlükəsiz iştirakı üçün çox səy göstərən Avropa Yayımları Birliyinə hörmətsizlikdir. Şübhəsiz ki, Avropa Yayımları Birliyinin üzvü olan hər bir ölkənin müsabiqədə iştirakdan imtina etməsinə görə öz səbəbləri ola bilər. Lakin təəccüb təəssüf doğuran odur ki, Yerevanda "Eurovision"da iştirakdan imtinanı Azərbaycanın ünvanına heç bir əsası olmayan çoxsaylı ittihamlarla müşayiət etməyə cəhd göstərirlər. Deyirlər ki, həyatda qələbəyə can atmaq lazımdır, lakin bəzən məğlub olmağı bacarmaq da lazımdır. Bəzən öz uğursuzluğunu yaşamaq özgə qələbələrə tabe olmaqdan daha asandır. Təəssüf ki, Azərbaycanda da "ölkə üçün qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır" prinsipi üzrə uzun müddət yaşayan fəaliyyət göstərən kateqoriyalı insanlar var. Onların ictimai siyasi fəaliyyətlərinin məqsədi Azərbaycanda baş verən bütün müsbət hadisələrə qara yaxmaq cəhdidir. bizim növbəti qələbəmizi - "Eurovision"dakı qələbəmizi bu insanlar şəxsi faciə kimi qəbul etdilər. Xoşbəxtlikdən belə insanlar cəmiyyətimizin mütləq azlığını təşkil edir onların Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsinə mane olmaq cəhdləri uğursuzluğa məhkumdur.

- sonuncu sual. Siz Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsinin iştirakçılarına qonaqlara arzu edərdiniz?

- Bütün iştirakçılara uğur, tamaşaçı sevgisi, alqışlar əlbəttə, səs toplamalarını arzulayıram. Mən məmnuniyyətlə həm iştirakçıları, həm qonaqları paytaxtımıza, gözəl günəşli Bakımıza dəvət edirəm. Əminəm ki, bayramla bu görüş may ayı günlərində "Eurovision"a gələcək bütün insanlarda Azərbaycanda olduqları barədə xoş təəssüratlar yaradacaq. Mən onların hamısına ürəkdən deyirəm: Xoş gəlmişsiniz!

- Söhbətə görə sağ olun.

 

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 3.