Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 5.9-cu bəndinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərar qəbul etmişdir.
Bu qərar martın 13-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 2.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil və İqtisadi İnkişaf nazirliklərinin və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının razılaşdırılmış təkliflərini nəzərə alaraq Nazirlər Kabineti "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 243-IVQD nömrəli qanununun tətbiqi haqqında və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 552 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2000-ci il 11 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 223-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 1913 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" özünün 2001-ci il 2 avqust tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 223-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 1913 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" özünün 2002-ci il 22 avqust tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 223-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli 1913 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2005-ci il 31 mart tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
Bu qərarlar martın 15-dən - imzalandıqları gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni
ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet
saytında və Azərbaycan Respublikasının Qanunvericilik
Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet
resursunda tanış olmaq mümkündür.
Azərbaycan.- 2012.- 20 mart.- S. 3.