Moldovada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd etmişlər

 

Moldovada yaşayan azərbaycanlılar Kişineu Milli Filarmoniyasında Novruz bayramını təntənəli surətdə qeyd etmişlər.

Moldova Respublikası parlamentinin sədri Marian Lupu tədbirdə demişdir: "Bu, baharın gəlişi, həyatın dirçəlməsi, təbiətin oyanması bayramıdır. Bu, diləklərimizin, ümidlərimizin, arzularımızın oyandığı və yeni mərhələyə qalxdığı bir vaxtdır. Novruz bayramınız mübarək!".

Sonra bayram konserti olmuşdur. Moldova operasının solisti Mixay Muntyanu Azərbaycan mahnılarını ifa etmişdir.

 

 

 Zeynal AĞAZADƏ

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 8.