Azərbaycanda
Çanaqqala zəfərinin ildönümü qeyd
olunmuşdur
Çanaqqala zəfərinin 97-ci ildönümü Azərbaycanda da təntənə ilə qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyi tədbir keçirmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və səfirliyin əməkdaşları martın 18-də Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuş, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərinin xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Sonra Vətənə sevgi, şəhidlik zirvəsinə həsr olunmuş şeirlər və mahnılardan parçalar dinlənilmişdir.
Səfir Hulusi Kılıç Çanaqqala zəfərinin tarixi əhəmiyyətindən danışmışdır.
Tədbir iştirakçıları sonra Şəhidlər
xiyabanında Azərbaycanın bütövlüyü
uğrunda canlarından keçmiş qəhrəman Vətən
oğullarının məzarlarını ziyarət etmiş,
"Əbədi məşəl" kompleksi önünə
əklil qoymuşlar.
Azərbaycan.- 2012.- 20 mart.- S. 10.