Pakistan Observer: Azərbaycan ilə Pakistan arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial vardır

 

 Pakistan Prezidenti Asif Əli Zərdarinin aprelin sonunda Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində dövlət başçısının Azərbaycan-Pakistan biznes forumunda iştirakı nəzərdə tutulmuşdur.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov "Pakistan Observer" qəzetinə müsahibəsində demişdir. Ölkələrimiz arasında möhkəm siyasi diplomatik əlaqələrin mövcud olduğunu qeyd edən diplomat vurğulamışdır ki, Pakistan Prezidentinin Azərbaycana gözlənilən səfəri iqtisadi münasibətlərin genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

Bundan əlavə, D.Şikarov bildirmişdir ki, Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulduğu iyirmi illik dövr ərzində ilk dəfə keçirilən biznes forumu azərbaycanlı pakistanlı adamları arasında yeni əlaqələrin qurulması üçün yaxşı imkan yaradacaqdır. Səfir vurğulamışdır ki, ticarət investisiya sahələrində ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial vardır.

D.Şikarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyi üçün Pakistan hökumətinə təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 20 mart.- S. 10.