Bakıda “Eurovision” mahnı müsabiqəsinin məşvərət qrupunun növbəti iclası olmuşdur
Martın 17-18-də Bakıda "Eurovision" mahnı müsabiqəsinin məşvərət qrupunun növbəti iclası olmuşdur.
Eurovision.az saytından AzərTAc-a bildirmişlər ki, iclasda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq məsələləri müzakirə olunmuşdur. Bununla yanaşı, müsabiqənin prodakşn məsələlərinə dair yeni məlumatlar verilmiş, "Bakı Kristal Zalı"nda "Eurovision-2012" səhnəsinin tərtibatı ilə bağlı müzakirələr aparılmışdır.
Görülən işlərlə bağlı açıqlama verən məşvərət qrupunun rəhbəri Frank-Dieter Freiling demişdir ki, Azərbaycan möhtəşəm bir şou hazırlayır. "Eurovision-2012" mahnı müsabiqəsində təkcə arena yox, həm də şounun konsepsiyası yeni olacaqdır. Ümid edirik ki, Azərbaycan möhtəşəm bir şou təşkil edəcəkdir. Düsseldorf şousundan təsirlənmiş auditoriya Bakı şousuna daha da valeh olacaqdır. Tamaşaçıları çox gözəl sürprizlər gözləyir.
"Eurovision" mahnı müsabiqəsinin rəhbəri
Yan Ola Sand məşvərət qrupunun Bakıdakı son iclasının
səmərəli keçdiyini bildirmişdir. "May
ayına çox az vaxt qalır. Bu qısa zamanda bir çox
detallar həllini tapmalıdır. Bu detalların hər biri
"Eurovision-2012" mahnı müsabiqəsini standartlara
uyğun və lazımi keyfiyyətdə keçirmək
üçün əhəmiyyətli rol oynayır".
Azərbaycan.- 2012.- 20 mart.- S. 11.