Yunanıstan Respublikasının
Prezidenti zati-aliləri cənab Karolos Papulyasa
Hörmətli cənab Prezident!
Ölkənizin
milli bayramı - Müstəqillik günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından təbrik edirəm.
Əminəm
ki, Azərbaycan-Yunanıstan münasibətlərinin, ölkələrimiz
arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi,
ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın
inkişafı yolunda atdığımız addımlar bundan
sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 5 mart
2012-ci il
Azərbaycan.- 2012.- 28 mart.- S. 1.