Banqladeş Xalq Respublikasının Prezidenti zati-aliləri cənab Zillur Rəhmana

 

Hörmətli cənab Prezident!

Banqladeş Xalq Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 1.