Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:
Çovdarov Akif Teymurxan oğlu - Energetika və Nəqliyyat Sahələrində
Təhlükəsizlik Baş İdarəsinin
rəisi
Həmidov Nizaməddin Baba oğlu - Maddi-texniki Təminat
Baş İdarəsinin rəisi
Quliyev Teymur Rəcəb oğlu - Monitorinq Mərkəzinin rəisi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 mart 2012-ci il
Azərbaycan.- 2012.- 28 mart.- S. 1.