Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına işgüzar səfəri

 

Seulun Beynəlxalq Aeroportunda qarşılanma

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 25-də Koreya Respublikasına işgüzar səfərə gəlmişdir.

Dövlət başçısının şərəfinə Seul şəhərinin Gimpo Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyevi Koreya Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 1.