Milli Məclisin Sədri Oqtay Əsədovun Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami ilə görüşündə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

 Qazaxıstan parlamenti mətbuat xidmətinin məlumatına görə, MDB Parlamentlərarası Assambleyasının (PA) 20 illiyi ilə əlaqədar yubiley tədbirlərində iştirak etmək üçün Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov ölkə parlamenti Senatının sədri Kayrat Mami ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin, həmçinin parlamentlərarası əməkdaşlığın dinamik inkişaf etdiyi bildirilmişdir.

Kayrat Mami Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırmış, beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı fəaliyyətin tərəfdarı olduğunu bildirmişdir.

Kayrat Mami bu ilin ikinci yarısında Azərbaycana səfərə gələcəyini də bildirmişdir.

Oqtay Əsədov BMT Təhlükəsizlik Şurasına seçilərkən Azərbaycana verdiyi dəstəyə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirmiş, ölkəmizin BMT çərçivəsində Qazaxıstanın bütün təşəbbüslərini müdafiə etməyə hazır olduğunu bildirmişdir.

Kayrat Mami Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matvienko, Tacikistan parlamentinin sədri Şukurjon Zuxurov, Qırğızıstan parlamenti - Joqorku Keneşin sədri Asılbek Jeenbekov ilə  görüşmüşdür.

 

 

Azərbaycan.- 2012.- 28 mart.- S. 3.