Yunanıstan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə çox həssaslıqla
yanaşır
Yunanıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çox həssaslıqla yanaşır.
AzərTAc xəbər verir ki, bu sözləri martın 27-də Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas demişdir.
Diplomat vurğulamışdır ki, Yunanıstan ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması istiqamətindəki səylərini dəstəkləyir.
Münaqişənin tezliklə ATƏT-in Minsk
qrupu çərçivəsində öz həllini
tapacağına ümidvar olduğunu bildirən səfir
demişdir: "Azərbaycanda işlədiyim müddətdə
problemlə yaxından tanış olmuşam. Münaqişənin
yaratdığı çətinliklərdən, çoxlu
sayda qaçqın və məcburi köçkünün
olmasından xəbərdaram. Onlar tezliklə öz doğma
yurdlarına qayıtmalıdırlar".
Azərbaycan.- 2012.- 28 mart.- S. 3.